Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı tələblər formalaşdırılıb. Yaxın zamanlarda bu tələblərin qəbul olunmasına və dövlət qurumlarında tətbiqinə başlanılacaq.
Xeberler.az məlumat verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov adıçəkilən qurumun və Estoniyanın Elektron İdarəetmə Akademiyasının birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən "Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik - İmkanlar və kiberrisklərin idarə edilməsi" mövzusunda dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısında "Azərbaycanda süni intellekt idarəçiliyi" mövzusunda çıxış edərkən deyib.
O bildirib ki, növbəti addımlar etik süni intellekt normativ-hüquqi aktlarının qəbul olunması, bu tələblərin qəbul edilməsi və beş dövlət qurumunda bu təbii dil imali modellərinin tətbiq olunması istiqamətində işlərin görülməsidir: "Bu Nazirlər Kabineti tərəfindən qəbul olunmuş 11 prioritet istiqamətdir. Dövlət sektorunda süni intellektin informasiya təhlükəsizliyi istiqamətində cavabdeh qurum kimi isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təyin olunub. İnfrastruktur və praktik tətbiqlər barədə məsələyə gəlincə, qeyd etmək istəyirəm ki, İqtisadiyyat Nazirliyinin tərkibində də superkompüterlər artıq alınıb, gətirilib, quraşdırılıb və dövlət qurumlarının istifadəsinə verilib. "AzInTelecom" da superkompüterlər quraşdırmaqdadır və bunlar müxtəlif qurumlar tərəfindən istifadə olunur. Eyni zamanda, Süni İntellekt Akademiyası yaradılıb və burada həm rəhbər şəxslər, həm də mühəndislər üçün təlimlər keçirilir. 2026-cı ilin əvvəlində dövlət qurumlarında tətbiq olunmuş süni intellekt və istifadə edilməsi barədə məlumatları toplamışıq.
Məsələn, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, kənd təsərrüfatının müxtəlif sahələrdə süni intellektdən istifadə olunur. Bir sıra dövlət qurumları süni intellekti artıq tətbiq edir və yaxud tətbiq etməyə hazırlaşır".
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları