Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunan beynəlxalq təcrübə mübadiləsi proqramında iştirak edib.
Xeberler.az bildirir ki, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qabaqcıl innovasiya ekosistemində keçirilən proqram BƏƏ Hökumət Təcrübə Mübadiləsi Ofisi, Dubay Gələcək Fondu və Dubay Gələcək Akademiyası tərəfindən təşkil olunub.
İştirakçılar gələcəyin idarəetmə modelləri, innovasiya ekosistemlərinin qurulması, süni intellektin tətbiqi və dövlət xidmətlərində rəqəmsal transformasiya kimi mövzulara dair nəzəri biliklər və praktiki bacarıqlar əldə ediblər.
Nümayəndə heyəti tərəfindən proqram iştirakçılarına “ASAN xidmət” modeli barədə ətraflı məlumat verilib.
Proqram çərçivəsində “Dubai Future Labs” və “Area 2071” kimi qabaqcıl mərkəzlərin fəaliyyəti ilə tanışlıq olub, innovasiya və dövlət xidmətləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları