Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku arasında görüş keçirilib.
Xeberler.az bildirir ki, Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zaman QDİƏT-in Baş katibi Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Dövlət Agentliyi tərəfindən təşkil olunmuş “Yaşıl qabaqcıl idarəetmə üzrə nazirlər forumu”nda iştirakını məmnunluqla qeyd edib.
Qonaq Dövlət Agentliyi tərəfindən 2021-2023-cü və 2023-2025-ci illərdə QDİƏT-in “İnstitusional islahatlar və yaxşı idarəçilik” üzrə işçi qrupunda sədrlik edildiyini vurğulayaraq, bu çərçivədə həyata keçirilən fəaliyyətlərin təqdirəlayiq hesab olunduğunu bildirib.
Həmçinin “ASAN xidmət” təcrübəsinin təşkilata üzv bir sıra dövlətlərlə paylaşılması istiqamətində əməkdaşlığa dair müzakirələr də aparılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri