Previous Next
Bağla

Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası işə başladı

14-12-2018 17:26
Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası işə başladı

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası başlayıb. Toplantıya xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edir.

Xeberler.az  bildirir ki, iclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər. Xatırladaq ki, bu ilin iyulun 1-dən QDİƏT-ə Azərbaycan sədrlik edir. Ölkənin təşkilata sədrliyi "Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi" şüarı altında həyata keçirilib.

Azərbaycanın sədrliyi dövründə QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarətin gücləndirilməsinə töhfə vermək məqsədilə Bakıda nəqliyyat və informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə nazirlərin iki iclası, müvafiq olaraq bu il oktyabrın 25-də və dekabrın 4-də keçirilib. Ümumilikdə, Azərbaycanın sədrliyi zamanı xarici işlər nazirləri səviyyəsində görüş də daxil olmaqla 4 nazirlər, 21 tematik işçi qrupunun və xüsusi işçi qruplarının iclasları keçirilib və bir sıra işçi qruplarının (turizm, İKT, enerji) fəaliyyət planları qəbul edilib. Həmçinin 10-dan yuxarı QDİƏT-in əlaqəli orqanlarının toplantıları, təlim proqramları, seminarlar və digər tədbirlər təşkil olunub. Bundan əlavə, Azərbaycan sədrliyinin müraciətləri əsasında QDİƏT-in işinin səmərəliliyinin artırılması məqsədilə müvafiq qiymətləndirmə sənədləri hazırlanıb. Azərbaycanın QDİƏT-ə sədrliyi dekabrın 31-də başa çatacaq və sonra Bolqarıstana keçəcək.

Qeyd edək ki, QDİƏT Türkiyə Respublikasının təklifi ilə 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 12 üzvü var: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna. Habelə 14 dövlət və 4 təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

24-10-2018

QDİƏT üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

05-12-2018

“ASAN xidmət”in QDİƏT-lə əməkdaşlığı genişlənir

30-01-2025

QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

25-10-2018

“ASAN xidmət” və QDİƏT-in Baş katibliyi birgə vebinar keçirib

06-03-2025

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

28-05-2019

QDİƏT-in Baş katibi “ASAN xidmət”də olub

15-11-2024

NRYTN GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

07-08-2020

Nəqliyyatın İdarə Olunması Şurasının iclası keçirilib

24-10-2025

Bakıda MDB-nin iştirakçı ölkələrinin Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının 30-cu iclası keçirilib

17-10-2023

4SİM-in Müşahidə Şurasının iclası keçirilib

23-09-2024

Azərbaycan və Rumıniya arasında İT sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb

29-09-2009

"BNF"-nin sammitində Sammitində mühüm qərarlar qəbul olunub

07-05-2026

Azərbaycan Avrasiyanın İKT xəritəsinə daxil olacaq

12-11-2019

Beynəlxalq Nəqliyyat Forumunun birinci rüb iclasları keçirilib

13-03-2026

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar

09-08-2025

Deputat: Süni intellekt sistemləri regionlar və sosial həssas qruplara əlçatan olmalıdır

07-10-2025

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

10-04-2017

İham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

10-01-2017

Azərbaycan 2025-ci ildə “EaPeReg”ə sədrlik edəcək

29-05-2024

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib

11-10-2021

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin növbəti iclası keçiriləcək

20-11-2023

Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

29-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə