Asus “dünyanın ən sürətli smartfonunu” təqdim edib

18-11-2008 / 09:42
Asus şirkəti Asus P565 smarfonunu nümayiş etdirib. Yeni qurğunun 800 MQs takt tezlikli Marvell - ən yeni mobil prosessoru - bazasında işləməsinə görə o, “dünyanın ən sürətli smartfonu” kimi təqdim olunub. Analoji qurğular arasında ən sürətli prosessor olan Marvell-in gücü və sürəti istənilən mövcud mobil proqram əlavələrin işləməsi üçün kifayət edir. Güclü prosessordan əlavə Asus P565 640x480 təsvir dəqiqliyi ilə işləyən 268-düymlü sensor displeylə təchiz olunub.
Lakin maraqlısı odur ki, “dünyanın ən sürətli smartfonu” 3G texnologiyasını dəstəkləmir. Cybersecurity-nin məlumatına əsasən, qurğu yalnız adi GSM/GRPS/EDGE-birləşmələr çərçivəsində məlumat ötürmək imkanına malikdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, yeni smartfon WiFi-modulu ilə də təmin olunub, lakin həmin modul yalnız simsiz şəbəkələr zonasında işləyir.
Digər aparat yeniliklərinə gəldikdə isə USB və Bluetooth portlarını, SiRFStar - birləşdirilmiş GPS-çipini, 3-meqapikselli kameranı və MicroSD kartları üçün slotu qeyd etmək olar. Gözləmə rejimində Asus P565 250 saatadək işləyə bilər.
Şirkət öz yeni məhsulunun qiyməti və satışa çıxarılma tarixi barədə məlumat vermir.
Mənbə: mincom.gov.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə