Asus yeni və fərqli 7 notebook ardıcıllığını satışa çıxaracaq

13-10-2009 / 20:48

Asus yeni notebook ardıcıllığını təqdim edib. Asus, UL ardıcıllığı notebookları ilə İntelin CULV prosessorlarını əsas götürüb.

Firma birdəfəyə 7 fərqli model tanıdacaq. Yeni modellərin ekran ölçüləri 12,1 ilə 15,6 düym arasındadır və təchizat quruluşları fərqlidir. Lakin ekran həllolma əmsalı hər modeldə 1366 x 768 pikseldir. Yeni notebooklara 4 GB-dək yaddaş taxıla bilər. UL50Vg modeli istisnadır və 8 GB RAM-ı dəstəkləyir.

Sabit disk böyüklüyü modelə görə 160 elə 500 GB arasında dəyişir. Ən kiçik iki model olan UL20A və UL30A-nın optik sürücüsü yoxdur və buna görə də çəkisi yalnız 1,5 kq ağırlığındadır. Asus Windows 7 çıxana qədər əməliyyat sistemi olaraq Windows Vistanı seçir. Verilən məlumatlara görə, cihazın batareya müddəti 12 saatdır. Cihazların nə vaxt satışa çıxarılacağı və qiyməti hələlik bəlli deyil.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.