315 qramlıq netbuk təqdim olunub

14-11-2008 / 10:19

Cənubi Koreyanın UMID şirkəti 315 qram çəkili netbuk təqdim edib. 1024х600 piksel təsvir dəqiqlikli 4,8 düymlü sensor ekranlı netbuk 1,33 qiqahers Intel Atom prosessoru bazasında yığılıb. Yeni portativ kompüterin operativ yaddaş həcmi bir qiqabayta, SSD-toplayıcının həcmi isə 32 qiqabayta bərabərdir. Simsiz rabitə modullarından netbukda HSDPA, WiMAX, Wi-Fi və Bluetooth quraşdırılıb.
Bundan əlavə yeni qurğu miniUSB çıxışı və microSD formatlı yaddaş kartları üçün nəzərdə tutulmuş slot və 1,3 meqapikselli veb-kamera ilə təchiz olunub. Netbuk Windows XP və yaVista, yaxud Linux əməliyyat sistemi ilə idarə oluna bilər.
UMID şirkətinin yeni məhsulunun qiyməti və satışa çıxarılma tarixi barədə məlumat yoxdur. 
Mənbə: mincom.gov.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.