Sürətli açılan notebook

24-08-2009 / 16:08

Asus, Gamescom fəaliyyəti çərçivəsində dörd və iki nüvəli G71GX ardıcıllığına aid iki yeni 17 düymlük notebook təqdim edib. G71GX-7S022K modeli dört nüvəli İntel Core 2 Quad Q9000 (2,0 GHz), 6 GB RAM və 1 GB GDDR3 yaddaşlı Geforce GTX260M təqdim edir.

Əlavə olaraq bir Blu-ray, iki ədəd 320 GB-lıq sabit disk, sürətli WLAN və LAN mövcuddür.. Asus, G71GX-7S023K modelini isə iki nüvəli bir Core 2 Duo P8700 (2,53 GHz), 500 GB sabit disk və DL-DVD yazarla təchiz edir. Geri qalan komponentlər G71GX-7S022K ilə eynidir. Asus iki DTR notebooku da kiçik Messenger ekranı, yüksək keyfiyyətli daşıma çantası və bir oyunçu siçanıyla zənginləşdirib.

Oynamaq istəməyib yalnız internetə girmək istəyənlərin cihazla birlikdə verilən Windows Vista Home 64-Biti açmasına ehtiyac yoxdur. Express Gate sayəsində sistem 8 saniyədə internetə girmək üçün tam hazır olur. Asus G71GX-7S022K təxminən 1600 Avroya, G71GX-7S023K isə təxminən 1450 Avroya satılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə