Previous Next
Bağla

Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

20-07-2022 16:21
Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı, 20 iyul 2022 – Azərkosmos və İtaliyanın yerüstü idarəetmə üzrə xidmət təminatçısı “Leaf Space” şirkəti arasında uzunmüddətli kommersiya müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində quraşdırılan yerüstü stansiya “Leaf Space” şirkətinə Azərbaycan üzərindən keçən müxtəlif peyklərdən məlumat əldə etmək imkanı yaradacaq.

Xeberler.az bildirir ki, yerüstü stansiyada quraşdırılan 3,7 metrlik S/X diapazonlu müasir anten sistemi müxtəlif peyklərdən əldə olunan kritik məlumatların emalı, ötürülməsi, telemetriya və peyk şəbəkələri arasında nəzarəti saxlamaq və kosmosda olan aparatları monitorinq etmək üçün geniş həllər təmin edəcək.

“Qlobal yerüstü stansiya şəbəkəmizi genişləndirmək üçün Azərbaycanda quraşdırdığımız anten xidmətimizin əhatə dairəsini artıracaq və biz Azərkosmosla tərəfdaşlıqdan məmnunuq”, – “Leaf Space” şirkətinin baş direktoru və həmtəsisçisi Conata Puqlia bildirib.

“Azərkosmos və “Leaf Space” arasında əməkdaşlıq kosmosla bağlı birgə fəaliyyətimizin davamlı inkişafı istiqamətində mühüm addımdır. Bu da öz növbəsində Azərbaycan və İtaliyanın uğurlu strateji tərəfdaşlığından xəbər verir”, – deyə Azərkosmosun sədr müavini Fuad Aslanov qeyd edib.

 

“Leaf Space” şirkəti haqqında

“Leaf Space” yüksək keyfiyyətli yerüstü stansiya xidmətləri və texnologiyaları təmin edən şirkətdir. “Leaf Space” şirkəti 2014-cü ildə İtaliyada təsis edilib.

Azərkosmos haqqında

Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarımıza yüksək keyfiyyətli peyk xidmətləri təqdim edirik. Peyklərimiz üzərindən geniş çeşiddə xidmətlər və həllər təqdim etməklə yanaşı, Azərbaycanda kosmik sənayenin inkişafının dəstəklənməsi və səmərəli həllərin yaradılması məqsədilə Azərkosmosun nəzdində fəaliyyət göstərən Tədqiqat və İnkişaf Mərkəzində müxtəlif layihələr həyata keçirilir. Bundan əlavə, beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri qururuq. Ölkəmizdə kosmik sahənin inkişafına töhfə verəcək innovativ ideyaların və startapların aşkar olunması və inkişaf etdirilməsi məqsədilə ölkənin startap ekosisteminə dəstəyin verilməsi də fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Daha ətraflı məlumatı veb-saytımızdan ala bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlığı genişləndirir

Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlığı genişləndirir

24-10-2024
Azərkosmos Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib

Azərkosmos Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib

04-08-2022
Azərkosmos İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

Azərkosmos İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır

02-06-2022
Azərkosmos “Copernicus Masters” və “SpaceLeap” proqramlarında iştiraka dəvət edir

Azərkosmos “Copernicus Masters” və “SpaceLeap” proqramlarında iştiraka dəvət edir

17-06-2022
Azərkosmosun nümayəndə heyəti Özbəkistandakı konfransda iştirak edib

Azərkosmosun nümayəndə heyəti Özbəkistandakı konfransda iştirak edib

11-05-2022
Azərkosmos müsabiqə elan edir

Azərkosmos müsabiqə elan edir

01-09-2022
“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021
Azərkosmos və “Voyager Space” arasında memorandum imzalanıb   

Azərkosmos və “Voyager Space” arasında memorandum imzalanıb  

22-09-2022
Müsabiqələrin finalçıları məlum olub

Müsabiqələrin finalçıları məlum olub

19-05-2022
"Azərkosmos" Çinlə hostinq xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb

"Azərkosmos" Çinlə hostinq xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb

03-08-2023
“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020
İsrail şirkəti Afrika regionunda "Azerspace"in peyklərindən istifadə edəcək

İsrail şirkəti Afrika regionunda "Azerspace"in peyklərindən istifadə edəcək

18-03-2023
Azərkosmos Yaponiya şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Azərkosmos Yaponiya şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

07-02-2020
Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022
Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024
Avropa İttifaqı Şurasının Prezidenti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub

Avropa İttifaqı Şurasının Prezidenti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub

19-07-2021
Azərkosmosun sədr müavini Dunay Bədirxanov gənc kosmik lider seçilib

Azərkosmosun sədr müavini Dunay Bədirxanov gənc kosmik lider seçilib

29-04-2022
"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026
Azərbaycan və Türkiyə əməkdaşlıq razılaşması imzalayıb

Azərbaycan və Türkiyə əməkdaşlıq razılaşması imzalayıb

07-05-2026
“Azərkosmos”a səfər

“Azərkosmos”a səfər

11-10-2018
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub

Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub

21-02-2019
“Azərkosmos” Kenya ilə əməkdaşlığa başladı

“Azərkosmos” Kenya ilə əməkdaşlığa başladı

24-01-2023
Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

01-10-2021
Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə