Avropa Komissiyası ABŞ-ın “Google” şirkətinə qarşı antiinhisar qanunvericiliyini pozmaqla bağlı ittiham irəli sürmək qərarına gəlib.
Xəbərlər “ NEWSru” saytına istinadən bildirir ki, müvafiq qərar rəqabət üzrə Avropa komissarı Marqaret Vestager tərəfindən Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə məsləhətləşmələrdən sonra qəbul olunub.
İttihamın irəli sürülməsi ilə bağlı informasiya sonradan Avropa Komissiyasının saytında yerləşdirilib. Məlumatda qeyd olunur ki, iddialarla bağlı rəsmi bildiriş “Google”un ünvanına göndərilib.
Xatırladaq ki, Avropa Komissiyası ABŞ şirkətini məhsul və xidmətlərinin tanıdılması üçün internet axtarışı bazarında lider mövqeyindən (şirkət Aİ bazarının 90 faizinə sahibdir) sui-istifadədə, eləcə də rəqiblərinin kontentinin sürətini çıxarmada, reklamçıların və proqram təminatı tərtibatçılarının fəaliyyətini haqsız məhdudlaşdırmada ittiham edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri