Mobil cihazlar gün keçdikdə daha da təkmilləşdirilir. Yeni cihazlarda sadəcə batareyanın dayanıqlıq müddəti problem yaradır. Bu zaman USB adapter köməyimizə gəlir. Əsasən də maşın istifadə edən zaman, uzun səyahətlərdə USB adapterlərdən istifadə etmək faydalıdır.
Xeberler.az bu dəfə son vaxtlar avtomobillərdə tez-tez istifadə olunan ən yaxşı 10 cihazı təqdim edir.
Təxminən 1 metr uzunluğa sahib olan TYLT, 2 ədəd 2.4A çıxışa sahibdir. Həm mikro USB, həm də standart USB imkanlarına sahib versiyaları var. Mikro USB 40 dollara, standart USB isə 50 dollara satılır.
Xarici görünüşdən olduqca sıradan görünən adapter Quick Charge 2.0( tez enerji yığma) texnologiyasına sahibdir. Qiyməti 35 dollardır.
Dostlarınızla səyahət zamanı bir enerji cihazı sizə kifayət etməyəndə bu zaman 4 cihaz çıxışı olan Anker köməyə gəlir. Cihazın qiyməti 15 dollardır.
Quick Charge 2.0 özəlliyinə sahib olan Ventev ən tez enerji yığan adapterlərdən biridir. Adapterin qiyməti 20 dollardır.
Motorolla öz telefonlarında Quick Charge 2.0 texnologiyasında istifadə etdiyi kimi adapterdə də bu özəlliyə üstünlük verib. TurboPower demək olar ki, bütün cihazlarda istifadə edilə bilər. Cihazın qiyməti 30 dollardır.
Aukey bazarda xüsusi özəlliyə sahibdir. Adapterdə həm normal, həm də Quick Charge 2.0 çıxışına malikdir. Adapterin qiyməti 17 dollardır.
Bu cihaz ilk mərhələdə sadəcə iPhone və iPad-lər üçün nəzərdə tutulub. Cihazın üstündə iPhone və iPad-lər üçün kabel mövcuddur, həmçinin digər cihazlar üçün USB çıxışı da var. İncipio-nun qiyməti 4 dollardır.
4 çıxışa malik daha bir adapter.
Bu cihazın qiyməti isə 15 dollardır.
İki fərqli çıxışa sahib olan adapterin qiyməti 25 dollardır.
10. R2D2
Star Wars-un sevimli robotu olan R2D2 ilə telefonunuza enerji yığmaq istəsəniz, bu sizə 40 dollara başa gələcək.
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri