Nvidia özünün yeni videokartını təqdim edib. Kompaniyanın özündə bu yeniliyi “dünyada ən güclü professional qrafik kart” kimi dəyərləndiriblər. Görünür, elədir ki, var. Quadro FX 5800, 240 prosessorla təmin edilib və ilk 4 Qb GDDR3 yaddaş qurğusudur. Quadro FX 5800-ün enerji sərfi isə 189 Vt təşkil edir. Bu göstəriciləri qurğunun qiymətində də öz əksini tapıb. Videokartın qiyməti təxminən 3499 dollardır. Hətta güclü maliyyəsi olan firmalar da bu videokartdan istifadə etmələri barədə ciddi düşünəsi olacaqlar. Yox, əgər bu da bəs etməsə, Nvidia, Quadro Plex 2200 S4 Visual Computing System qurğusunu təklif edir. Bu qurğu çox güman ki, neft və qaz yataqlarının araşdırılmasında və ya tibbdə istifadə olunacaq. Sistem 4 Quadro FX 5800 adapterindən təşkil olunur və 960 prosessora, 16 Qb yaddaş həcminə malikdir. Quadro Plex 2200 S4 VCS-in qiyməti 14 995 dollardır.
Məhsulların dekabrdan satışa çıxarılacağı gözlənilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri