Previous Next
Bağla

Azad edilən ərazilərə köç edənlərin təhlükəsizliyi üçün xüsusi mobil əlavə yaradılır

20-09-2022 13:15
Azad edilən ərazilərə köç edənlərin təhlükəsizliyi üçün xüsusi mobil əlavə yaradılır

İşğaldan azad edilən ərazilərdə yaşayan, həmin ərazilərə köç edən insanların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi mobil əlavə yaradılır.

Xeberler.az “APA-Economics”ə istinadən məlumat verir ki, bunu Elektron hökumətin inkişafı mərkəzinin əməkdaşı Qasim Hüseynov deyib.

Onun sözlərinə görə, söhbət mina təhlükəsi barədə xəbərdarlıq edəcək tətbiqdən gedir ki, onun vasitəsilə həmin ərazilərdə olan sakinlər müəyyən olunan təhlükəsiz zonalardan kənar düşdükdə bildirişlər ala biləcəklər. 

“Bildiyimiz kimi artıq işğaldan azad olunan ərazilərin bir neçə kəndinə sakinlər geri qayıdıb. Həmin ərazilərə ki, minalardan təmizlənib. Lakin elə ərazilər var ki, minalardan tam təmizlənməyib. Bu ərazilərdə yaşayan, köç edən insanların təhlükəsizliyini təmin etmək məqsədilə biz belə bir proqram təklif edirik. Təhlükəsiz zonalar barədə məlumatlar əraziləri minalardan təmizlənməsi ilə məşğul olan qurumlardan əldə olunur. Vətəndaşlar təyin edilən ərazidən kənarlaşarkən minalanmış zonaya keçməsin deyə bildirişlər alacaqlar”, - deyə Qasim Hüseynov qeyd edib.

Onun sözlərinə görə, bununla yanaşı əgər vətəndaş təmiz ərazi deyilən zonalarda təsadüfən hər-hansı sursatla rastlaşarsa tətbiq vasitəsilə “SOS” siqnalı verərək həmin ərazini işarələyə bilər və bu ərazi artıq təhlükəli ərazi kimi işarələnərək müvafiq qurumlara bildirişlər göndəriləcək.

“Eyni zamanda vətəndaş özünü təhlükədə hiss edərsə və yaxud harada olduğunu bilməzsə “SOS” düyməsini basaraq məlumat verə biləcək. Müvafiq qurumlar təxliyə tədbirləri görərək, həmin ərazidə təmizləmə işləri apara biləcəklər”, - deyə Qasim Hüseynov əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İşğaldan azad edilmiş ərazilərə səfər üçün icazə prosedurları sadələşdirilir

08-07-2025

Keçmiş DQMV üzrə toplam əhali sayı ehtimal olaraq hesablanıb

09-03-2021

Xarici ölkə vətəndaşları işğaldan azad olunmuş ərazilərə səfər edə biləcəklər

21-07-2025

Zəngilanda "ağıllı kənd" hazırdır

19-05-2022

Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

01-08-2025

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun iclası olub

01-07-2021

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023

Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib

28-12-2021

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

09-01-2023

“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə

24-10-2020

“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə

24-10-2020

Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

10-02-2022

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq

25-04-2024

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

10-06-2021

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

01-03-2025

Prezident işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı fərman imzalayıb

30-10-2020

Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

18-11-2020

Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı

01-02-2021

Qarabağa fərdi avtomobillərlə səfərlər istiqamətləri genişləndirilir

14-05-2025

Qarabağa səfər üçün icazələr “mygov” üzərindən veriləcək

22-08-2025

NRYTN üzrə İşçi Qrupunun iclası olub

15-07-2021

Qarabağa səfər edənlərə avtomatik icazələrin verilməsinə başlanılıb

06-08-2025

"myGov"portalının funksiyaları artırılacaq

15-11-2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Qarabağla bağlı planları açıqlanıb

06-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə