Previous Next
Bağla

Qarabağa fərdi avtomobillərlə səfərlər istiqamətləri genişləndirilir

14-05-2025 12:07
Qarabağa fərdi avtomobillərlə səfərlər istiqamətləri genişləndirilir

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

Xeberler.az bildirir ki, 2025-ci il mayın 20-dən etibarən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində də səfər edə biləcəklər. Qeyd edək ki, öncədən portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi.

“Yolumuz Qarabağa” portalı üzərindən rəsmiləşdirilən icazələr 2 gün müddətində etibarlı olacaq.

Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfər üçün icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus nəqliyyat vasitəsinin qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur.

Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.

Vətəndaşlar, həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İşğaldan azad edilmiş ərazilərə səfər üçün icazə prosedurları sadələşdirilir

08-07-2025

Xarici ölkə vətəndaşları işğaldan azad olunmuş ərazilərə səfər edə biləcəklər

21-07-2025

Qarabağa səfər üçün icazələr “mygov” üzərindən veriləcək

22-08-2025

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb

01-03-2025

Qarabağa səfər edənlərə avtomatik icazələrin verilməsinə başlanılıb

06-08-2025

“Yolumuz Qarabağ”a portalında icazələrin verilməsi müvəqqəti dayandırılıb

30-06-2025

Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər

01-08-2025

Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun iclası keçirilib

30-05-2025

Şuşa və Ağdam şəhərlərinə 4448 sərnişin səfər edib

19-04-2022

Şuşa, Ağdam və Füzuli istiqamətində iyul ayına olan biletlər satışa çıxarılacaq

26-06-2022

Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin nəzərinə-Onlayn bilet satışı başlayır

24-11-2022

Şuşaya 10000-ci sərnişin səfər edib

24-08-2022

Şuşa, Ağdam və Füzuli istiqamətində avqust ayına olan biletlər satışa çıxarılacaq

25-07-2022

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020

Qarabağa səfərlərlə bağlı sayt hazırlanıb

18-01-2022

Mingəçevir – Xocalı – Xankəndi – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

07-02-2025

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq

25-04-2024

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

01-10-2023

Bakıdan Şuşaya müntəzəm avtobus reysi fəaliyyətə başlayır

14-09-2024

Gəncə – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

27-02-2025

Qarabağa getmək üçün portaldan bileti necə almaq olar?

22-01-2022

İlk dəfə Şuşada poçt ilə Avropa və ABŞ-a məktub göndərilib

10-07-2025

Yeni Bakı – Laçın reysi fəaliyyətə başlayır

19-02-2026

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə