“AZADLIQ” RADİOSUNUN VEBSAYTI VİDEOXƏBƏRLƏRİN YAYIMINA BAŞLAYIB

18-10-2010 / 08:04

Bu həftə “Azadlıq” radiosunun Azərbaycan xidmətinin yeni layihəsi - www.azadliqradiosu.az saytında videoxəbərlər proqramı işinə başlayıb.

“250 saniyə” proqramı yerli və beynəlxalq xəbərlərin və hesabatların veb-TV platformasında təqdimatından ibarətdir. Sayt oxucuları http://www.azadliq.org/content/article/2189776.html ünvanında cari hadisələr haqqında tarazlaşdırılmış videoməlumat əldə edə bilərlər. 

“Azadlıq” radiosunun Azərbaycan xidmətinin direktoru Kənan Əliyev bildirib ki: “Bu, auditoriya ilə əlaqə nöqteyi-nəzərdən sıçrayışdır, onlar ən yaxşı gündəlik xəbərləri TV-dən almaq imkanı əldə edir. Biz inanırıq ki, bu, çox populyar layihə olacaq”. Xəbərlər buraxılışı sosial şəbəkələrdə (YouTube i Facebook) də yerləşdiriləcək. 

Qeyd edək ki,“Azadlıq”ın audio-saytı Azərbaycanda ən məşhur və etibarlı İnternet-KİV-lərdən biridir. “Azadlıq” radiosu həmçinin sayta rus dilində kontentini genişləndirir.  2008-ci ilin dekabrında BBC və “Amerikanın səsi” ilə yanaşı “Azadlıq” radiosunun da Azərbaycanın yerli FM və MW dalğalarında yayımı qadağan edilib. Radio qısa dalğalarda və İnternetdə 10 saata qədər radio verilişlərinin yayımını davam etdirir. 2009-cu ildə radionun saytında rus dilində xəbərlər səhifəsi açılıb və oxucular arasında böyük populyarlıq qazanıb.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.