Previous Next
Bağla

31 il öncəki informasiya savaşı: "Mirzə Xəzər və "Şuşa" kanalı əsas xəbər qaynağı idi"

20-01-2021 20:25
31 il öncəki informasiya savaşı: "Mirzə Xəzər və "Şuşa" kanalı əsas xəbər qaynağı idi"

“Sovet-rus ordusu Azərbaycan xalqına qarşı qırğın törədib - İnformasiya texnologiyalarının inkişaf etmədiyi bir zamanda Azərbaycan informasiya blokadasında idi. AzTV-nin enerji bloku partladılmışdı. İnformasiya əldə etmək və baş verənləri yaymaq mümkünsüz idi”.

Xeberler.az bildirir ki, bu barədə “Multimedia” İnformasiya Sistemləri və Texnologiaları Mərkəzinin rəhbəri Osman Gündüz bildirib: “Sovet radiokəşfiyyatı o zamanın "İnterneti və sosial mediası" olan xarici radiolardan informasiya əldə etməyi əngəlləmək üçün müxtəlif texnologiyalardan istifadə edirdi. Belə bir zamanda Azərbaycanda baş verənlərin bütün dünyaya çatdırılmasında “Azadlıq” Radiosunun Azərbaycan xidmətinin o zamankı rəhbəri Mirzə Xəzərin böyük rolu oldu.

“Azadlıq” Radiosunun qısa dalğalarını əngəlləmək və efiri söndürmək üçün Sovet radiokəşfiyyatı gecə-gündüz işləsə də biz "OKEAN" və VEF radioqəbuledicilərin qısa dalğalarında bir-birinə qarışan xırıltı-xışıltılar içərisindən Mirzənin səsini eşidə bilirdik. Canlı bağlantılar təşkil olunurdu. 20 Yanvar faciəsi zamanı onun səsini, sovet-rus ordusunun vəhşilikləri haqqında onun hayrıqtısını bütün dünya dinləyirdi.
Tam əminliklə deyə bilərik ki, qlobal bir informasiya xidmətinin rəhbəri olaraq, bir Azərbaycanlı radiojurnalist olaraq Mirzə Xəzər informasiya blokadasında olan Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında müstəsna rol oynayıb”.

Osman Gündüz bildirir ki, 20 yanvar hadisələrinin digər informasiya təminatı isə az da olsa "Şuşa" kanalı vasitəsilə həyata keçirilmişdi: “AzTV-nin enerji bloku partladılandan sonra bu kanal gün ərzində Şuşa şəhərindəki tele-qüllə vasitəsilə bir neçə saat efirə çıxa bilirdi. AzTV -nin bir sıra əməkdaşları da bu prosesdə iştirak edib.

Ermənilər və Şuşa komendantı da efiri əngəlləmək üçün müxtəlif üsullara əl atırdılar. "Şuşa” TV kanalının fəaliyyətində böyük xidmətləri olan o zamankı icra başçısı Mikayıl Gözəlovu da müəmmalı şəkildə kabinetində güllələyərək qətlə yetirmişdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

20 Yanvar və informasiya təminatı

20-01-2023

20 Yanvar faciəsindən 26 il ötür

20-01-2016

III Şuşa Qlobal Media Forumu başa çatıb

21-07-2025

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

09-09-2022

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

17-11-2018

“Azərkosmos” vətəndaşlara müraciət edib

16-10-2020

AzTV-nin rəhbəri: İnformasiya təhlükəsizliyində filtr sistemindən istifadə olunmalıdır

02-10-2023

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

20-01-2019

Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başlayıb

01-01-2021

AzTV-də yeni təyinatlar olub

22-07-2009

Lider mobil operator “Şuşa ili”nə öz rəqəmsal töhfəsini verir

22-12-2022

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür

20-01-2022

“İdman Azərbaycan”ın rəsmi açılış mərasimi keçiriləcək

30-01-2009

“Danışır Şuşa” radiolayihəsinə start veriləcək

07-02-2022

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020

“Şuşa poçt markalarında” adlı kitab hazırlanıb

09-12-2023

“AZADLIQ” RADİOSUNUN VEBSAYTI VİDEOXƏBƏRLƏRİN YAYIMINA BAŞLAYIB

18-10-2010

Şuşa DQİ qismən İT sistemlərini "Hökumət buludu"na köçürüb

25-09-2025

“İdman Azərbaycan” kanalına icraçı direktor təyin olunub

24-07-2009

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

20-01-2018

Dubayda “Şuşa” adlı ilk süni intellekt rəssamının təqdimatı olub

26-04-2025

Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

21-07-2025

Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər

19-07-2025

FM tezliyi dayandırılmış radiolar fəaliyyətlərini davam etdirir!

02-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə