Bu gün Bakıda “Bakı Elektronics” şirkətinin təşkilatçılığı ilə dünyanın aparıcı şirkətlərindən biri olan “BSH-Siemens” şirkətinin yeni “BlueArt” məhsul seriyasının təqdimatı keçirilib.
“APA-ECONOMICS”in məlumatına görə, tədbirdə çıxış edən “Bakı Elektronics” şirkətinin satış üzrə müdiri Hikmət Hüseynov bu il şirkətin 15 illik yubileyi olduğunu bildirib və gələcəkdə də yerli bazarda lider mövqeni saxlamaq niyyətində olduqlarını qeyd edib.
Təqdimat mərasimində “BSH-Siemens” şirkətinin marketinq üzrə müdiri Uğur Bayrak şirkətin Çin, Kipr və Azərbaycanda məişət avadanlıqları bazarının böyük bir payının “Siemens” şirkətinə məxsus olduğunu bildirib. Onun sözlərinə görə, “Siemens” şirkətinin dünya üzrə bazar payının 5%-i Cənubi Qafqaz və Orta Asiya ölkələrinin payına düşür ki, burada da Azərbaycan və Qazaxıstan bazarları aparıcı mövqe tuturlar.
“BSH-Siemens” şirkətinin yeni “BlueArt” məhsul seriyasının təqdimatını keçirən şirkətin satış üzrə meneceri Sara Sarı erqonomik, yüksək perfomanslı və yüksək texnologiyaya uyğun məişət avadanlığı istehsal edən “Siemens”, yeni “BlueArt” kolleksiyası ilə mətbəxlərdəki zərifliyi bir mərhələ daha yuxarı qaldırdığını bildirib. Bu kolleksiyada ilk dəfə olaraq mavi işıqla işıqlanan ağ və gümüşü rəngli, həmçinin bir-birinə ziddiyyət təşkil edən ağ və qara rənglərin sintezi əsasında dizayn edilmiş mətbəx avadanlığı öz əksini tapıb.
Tədbir çərçivəsində təqdim edilən “BlueArt” seriyalı sobalarda “cookControl 68” ilə 68 proqram vasitəsilə istənilən yeməyi avtomatik olaraq bişirmək olar. Bunun üçün bişirilən yeməyin cinsi, ağırlığı və nə qədər bişəcəyi haqda göstərişləri sobaya vermək lazımdır, qalanını isə soba özü edəcək və yemək bişdikdən sonra avtomatik olaraq sönəcək. Bu sobalarda eyni zamanda “hydroBakinq” nəmli bişirmə və pirolitik təmizləmə proqramı fəaliyyət göstərir.
Bununla yanaşı, şirkət son nəsil “LightControl” idarəetmə paneli ilə təchiz edilmiş “LiftMatic” sobalarını nümayiş etdirib. Bu sobalar “AutoLift” sistemi ilə avtomatlaşdırılmış açma-bağlama sistemi ilə və yuxarıdan aşağıya doğru enən sobanın döşəməsi içindəki yeməklərin rahat görünməsini təmin edir, hər hansı cisimlə qarşılaşdığı halda, avtomatik olaraq dayanır.
“Siemens”in təqdim etdiyi “Teppan Yakı” ocaqları 240 dərəcə istiliyə 6 saniyədə çatır, “FryingSensor plus” (qızartma sensoru) funksiyası isə 4 istilik səviyyəsində xörəkləri qızartmağa imkan verir. Bu ocaqlar eyni zamanda “PowerBoost”, “FlameTronic” funksiyaları ilə təchiz edilib.
Tədbirdə həmçinin “BlueArt” seriyalı mikrodalğalı sobalar təqdim edilib ki, onlarda mövcud olan “Memory” funksiyası ən çox istifadə edilən proqramları yaddaşda saxlayır və bu proqramlar bir düyməni basmaqla işə düşür. Bundan başqa, bu sobalarda 1-2-3 funksiyası var ki, bu da bir dəfə proqramlaşdırılaraq üç proqramı bir-birinin ardınca çalışdırmaq üçün nəzərdə tutulub.
Bununla yanaşı, kolleksiyada kofe dəmləyənlər və “JetMatic kompakt ankastre” qabyuyan maşınları mövcuddur.
Sonda “BSH-Siemens” şirkətinin meneceri S.Sarı təqdimat iştirakçılarını qeyd edilən kolleksiyaya daxil olan mətbəx avadanlığının funksiyaları canlı olaraq tanış edib.
H.Hüseynovun sözlərinə görə, bütün təqdim edilən avadanlıqlar sosial proqram çərçivəsində müddətdən asılı olaraq 13-17%-lə 18 ayadək müddətə kreditlə də satılır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri