Fujitsu Siemens özünün ucuz qiymətli noutbukunu istehsal edir

15-07-2008 / 14:54
Fujitsu Siemens şirkəti özünün ucuz qiymətli noutbukunu təqdim etməyə hazırlaşır. Yaxın aylarda satışa çıxarılması nəzərdə tutulan noutbukun qiyməti 470-630 ABŞ dolları intervalında olacaq. Noutbukun texniki xüsusiyyətləri istehsalçı tərəfindən açıqlanmır. Yalnız məlumdur ki, yeni portativ kompüter 8.9 düym diaqonallı ekranla təchiz olunub, Windows XP əməliyyat sistemi ilə işləyir və Amilo istehsalat xəttinin bir hissəsi olacaq.Fujitsu Siemens-in noutbuklarının, ötən il buraxılan Asus şirkətinin Eee PC seriyasından olan ucuz qiymətli portativ kompüterləri ilə rəqabət aparacağı gözlənilir. Bundan əlavə artıq satışa həmçinin ucuz qiymətli hesab olunan MSI Wind və НР 2133 Mini-Note PC noutbukları çıxarılıb. Fujitsu Siemens-in yeni məhsulu ilə bərabər yaxın aylarda mağazalarda Dell, Acer, Sony, VIA və Gigabyte kimi istehsalçıların ucuz qiymətli portativ kompüterləri təqdim olunacaq.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.