İranlılar Nokianı hökümətlə əlbir çalışmaqda günahlandırırlar. Buna görə də, Nokia firması boykot edilir.
İran mətbuatında yazılanlara əsasən, artıq Nokia markasının satışında yarıbayarı enmə müşahidə edilir. Azadlıq tərəfdarı olan qəzetlər insanları boykota çağırır.
Nokia Siemens Networks-u isə hökumətə təqib sistemləri və Webwasher adlı internet filtrini satmaqda günahlandırır. Həbsxanadan çıxan məhkumlar səlahiyyətlilərin telefon danışıqlarını və SMS-lərini detallarıyla bildiyini söyləyir.
Nokia Siemens Networks özünü müdafiə etməyə çalışır. Nokia Siemens İranda yerli telefon danışıqlarının izlənilməsini təmin edən texnologiyanı satdığını boynuna alır. Özünü isə belə müdafiə edir: “Avropa Birliyi və Amerika Birləşmiş Dövlətləri də daxil olmaqla ölkələrin çoxunda telekommunikasiya şəbəkələri qanuni olaraq izlənilir. İranda da vəziyyət qanunidir”.
Şirkət internet filtrini satmaq iddiasını isə rədd edib. Nokia özünün İran üçün lazımlı və faydalı olduğunu belə qiymətləndirib: “İranlıların heç telekommunikasiya imkanı olmasa vəziyyət daha yaxşı olardı?”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri