Previous Next
Bağla

Beynəlxalq Kosmik Olimpiadanın milli finalı keçirilib

02-05-2025 09:58
Beynəlxalq Kosmik Olimpiadanın milli finalı keçirilib

“Azərkosmos”un nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın təşkilatçılığı ilə keçirilən Beynəlxalq Kosmik Olimpiadanın milli final mərhələsi yekunlaşıb.

Xeberler.az məlumat verir ki, Olimpiada “Kosmik stansiyalar” mövzusuna həsr olunub və məktəblilərdən ibarət komandalar innovativ yanaşma, yaradıcı düşüncə və elmi biliklərini nümayiş etdirərək müxtəlif praktiki tapşırıqları uğurla yerinə yetiriblər. Komandalar kosmik stansiyaların həm daxili, həm də xarici dizaynına dair funksional və yaradıcı həllər təklif etməklə onların fiziki modellərini hazırlayıblar.

Eyni zamanda, komandalar hazırladıqları stansiyaların texniki xüsusiyyətlərini və funksionallığını əhatəli şəkildə əks etdirən vizual posterlər də təqdim ediblər. Bu posterlər vasitəsilə stansiyanın hissələrinin kosmik mühitdə necə fəaliyyət göstərdiyi və hansı məqsədlərə xidmət etdiyi izah olunub.

Milli final mərhələsində iştirak edən məktəbli komandaları ingilis dillində beşdəqiqəlik təqdimatlarla kosmik stansiya modellərini və posterlərini Olimpiadanın Milli Təşkilat Komitəsinə təqdim ediblər. Olimpiadanın Milli Təşkilat Komitəsi məktəbli komandalarının təqdimatlarını texniki parametrlər və ünsiyyət bacarıqları baxımından kriteriyalara uyğun olaraq qiymətləndirib.

Olimpiadanın tapşırıqları məktəblilərin kosmos tədqiqatlarına dair real problemləri həlletmə bacarıqlarını və praktik tətbiq biliklərini qiymətləndirməyi hədəfləyib. Təqdim olunan layihələr arasından elmi əsaslandırılması, funksionallığı və yaradıcı dizaynı ilə fərqlənən komanda Olimpiadanın milli mərhələsinin qalibi elan edilib.

Akademik Zərifə Əliyeva adına liseyin komandası milli finalın qalibi olaraq 2025-ci ilin may ayında İsrailin Təl-Əviv şəhərində keçiriləcək beynəlxalq mərhələdə Azərbaycanı təmsil etmək hüququ qazanıb.

İkinci yerin qalibi “Women in Tech” layihəsi, üçüncü yerin qalibi isə 161 nömrəli tam orta məktəb olub.

Beynəlxalq Kosmik Olimpiada məktəblilərə kosmos tədqiqatları sahəsində bilik və bacarıqlarını nümayiş etdirmək, elmi düşüncə və yaradıcı yanaşmalarını inkişaf etdirmək üçün mühüm platforma yaradır. Bu təşəbbüs Azərbaycanda kosmos sahəsində gələcək alimlərin yetişdirilməsinə və ölkənin elmi potensialının gücləndirilməsinə töhfə verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan məktəbliləri Beynəlxalq Kosmik Olimpiadada II yerə layiq görülüblər

Azərbaycan məktəbliləri Beynəlxalq Kosmik Olimpiadada II yerə layiq görülüblər

30-05-2025
Azərbaycanda ilk dəfə Beynəlxalq Kosmik Olimpiada keçiriləcək

Azərbaycanda ilk dəfə Beynəlxalq Kosmik Olimpiada keçiriləcək

14-10-2024
Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

Azərbaycan “CanSat” müsabiqəsində birinci yerə layiq görülüb

14-07-2025
Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçiriləcək

Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçiriləcək

19-09-2025
İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015
Azərbaycan Beynəlxalq Kosmik Poster Müsabiqəsində qalib olub

Azərbaycan Beynəlxalq Kosmik Poster Müsabiqəsində qalib olub

29-11-2024
Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025
Beynəlxalq Astronavtika Konqresinə Azərbaycan komandası 630 elmi məqalə təqdim edib

Beynəlxalq Astronavtika Konqresinə Azərbaycan komandası 630 elmi məqalə təqdim edib

11-04-2025
Beynəlxalq Kosmik Poster Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Beynəlxalq Kosmik Poster Müsabiqəsinin qalibləri mükafatlandırılıb

17-12-2024
Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

27-04-2022
Ölkəmizdə ilk dəfə “Creative Solution Go” olimpiadası keçirilib

Ölkəmizdə ilk dəfə “Creative Solution Go” olimpiadası keçirilib

18-12-2020
 İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016
Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018
Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012
İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016
Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023
Kosmik Akademiya Kosmik Agentliklərinin Forumunda iştirak edib

Kosmik Akademiya Kosmik Agentliklərinin Forumunda iştirak edib

21-11-2025
Azercell Olimpiada qaliblərini mükafatlandırıb

Azercell Olimpiada qaliblərini mükafatlandırıb

13-08-2019
Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026
Özbəkistan milli peykini orbitə çıxarmağı planlaşdırır

Özbəkistan milli peykini orbitə çıxarmağı planlaşdırır

18-02-2026
Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir

Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir

16-10-2024
İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019
"RobotChallenge 2026" çempionatının milli mərhələsinə qeydiyyat başlayıb

"RobotChallenge 2026" çempionatının milli mərhələsinə qeydiyyat başlayıb

18-03-2026
Azərbaycanda “Milli Kosmik Hakaton” keçirilib

Azərbaycanda “Milli Kosmik Hakaton” keçirilib

08-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə