Previous Next
Bağla

NRYTN-in nümayəndəsi UNESCAP-ın onlayn iclasında iştirak edib

23-05-2020 11:50
NRYTN-in nümayəndəsi UNESCAP-ın onlayn iclasında iştirak edib

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 76-cı iclası “COVID-19” pandemiyası səbəbindən videotədbir formatında keçirilib.

Xeberler.az bildirir ki, iclasda 51 üzv və 3 assosiativ üzv ölkənin nümayəndələri, eləcə də ESCAP katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak ediblər. Azərbaycan tərəfini videotədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Emil Əhmədov təmsil edib.

“Dayanıqlı inkişaf üçün okeanlarda iqtisadi, sosial və ətraf mühit üzrə əməkdaşlığın təşviqi” mövzusunda keçirilən iclasda dayanıqlı inkişaf erasında nəqliyyat və logistikanın təşviqi, nəqliyyat bağlantılarının inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsində üzv ölkələrdə görülən işlərə dair müzakirələr aparılıb.

“Qlobal səhiyyə böhranının sosial-iqtisadi nəticələrinin aradan qaldırılmasında regional əməkdaşlıq” adlı sessiyada ölkəmizdə “COVID-19” pandemiyasının sosial iqtisadi nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə koronavirusla mübarizəyə dair cari ilin 10 aprel tarixində videokonfrans vasitəsilə keçirilmiş Türk Şurasının fövqəladə Zirvə görüşü və 4 may tarixində təşkil olunmuş Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü haqqında tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.

Həmçinin, “Asiya və Sakit Okean regionunun 2030-cu ilə qədər Davamlı İnkişafı üzrə Proqramın icrası” adlı sessiyada Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən və ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli layihələr ilə əlaqədar görülən işlər və əldə olunan nailiyyətlərdən söz açılıb. Azərbaycanın “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulması barədə danışılıb.

Tədbir zamanı təşkilatın 5 regional institutundan biri olan Asiya Sakit Okean Texnologiyaları Transfer Mərkəzinin İdarəetmə Şurasına namizədliyi irəli sürülən 10 ölkə (Banqladeş, Çin, İndoneziya, İran İslam Respublikası, Nepal, Pakistan, Koreya Respublikası, Şri-Lanka, Tailand, Özbəkistan) iclasın videokonfrans formatında keçirildiyi nəzərə alınaraq, gündəliyə əsasən ənənəvi gizli səsvermə yolu ilə deyil, iclas zamanı akklamasiya yolu ilə Şuraya seçilib.

Tədbirdə, həmçinin növbəti iclasın 2021-ci ilin 26-30 aprel tarixlərində Tailand Krallığının Banqkok şəhərində “Asiya – Sakit Okean bölgəsində regional əməkdaşlıq yolu ilə böhrandan sonrakı bərpa” mövzusunda keçirilməsinə dair qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan 1992-ci il 31 iyul tarixindən UNESCAP üzvüdür. Ölkəmiz komissiya çərçivəsində müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində həyata keçirilən bir sıra layihələrdə fəal iştirak edir, keçirilən tədbirlərdə daim təmsil olunur. Komissiya iqtisadi və sosial məsələləri müzakirə etmək və nəzərdən keçirmək, o cümlədən regional əməkdaşlığı gücləndirmək məqsədilə region dövlətləri üçün mühüm platforma rolunu oynayır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan nümayəndəsi UNESCAP-ın İdarəetmə Komitəsinin iclasında iştirak edib

14-08-2020

Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib

28-08-2019

Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil edilib

17-12-2021

RİTN nümayəndəsi UNESCAP-ın tədbirində iştirak edəcək

17-11-2008

UNESCAP-ın İKT komitəsinin iclası başlayır

20-11-2008

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində olub

22-04-2026

Banqkokda Azərbaycanın sədrliyi ilə UNESCAP-ın 82-ci sessiyası keçirilib

27-04-2026

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

30-06-2021

Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

02-11-2022

Transsərhəd kağızsız ticarətin asanlaşdırılması üzrə beynəlxalq müzakirə

28-04-2022

“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

06-09-2022

Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

05-07-2018

“ASAN xidmət” modeli beynəlxalq tədbirdə diqqət mərkəzində olub

18-06-2025

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

25-07-2022

NRYTN GUAM-ın İKT üzrə işçi qrupunun iclasında təmsil olunub

07-08-2020

İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir

01-10-2019

“AzInTelecom” pandemiya dövründə də uğurlu fəaliyyətini davam etdirir

17-08-2020

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026

Nazir Rəşad Nəbiyev Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

02-10-2023

Azərbaycan İKT-nin fövqəladə hallar zamanı tətbiqinə həsr olunmuş iclasda iştirak edəcək

23-02-2009

“Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı dəyirmi masa keçiriləcək

08-11-2024

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025

Rəqəmsal Ticarət Qovşağı BMT-nin iclasında təqdim edilib

18-01-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə