Azərbaycan bu il sentyabrın 7-dən 19-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresində iştirak edəcək.
Xeberler.az məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən Avropa və MDB Poçt Liderlərinin I Forumunda çıxışı zamanı deyib.
S.Məmmədov bildirib ki, Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresində Azərbaycanın təşkilatın İdarəetmə Şurasına, eləcə də Poçt Əməliyyatları Şurasına namizədliyi nəzərdən keçiriləcək.
"Azərbaycan poçt sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir, bu istiqamətdə ikitərəfli və çoxtərəfli təşəbbüslərdə fəal iştirak edir", - deyə nazir müavini qeyd edib.
Bundan başqa, o deyib ki, “Azərpoçt"un əsas biznesinin genişləndirilməsi – kuryer, ekspress və bağlama xidmətlərinin inkişafı, eləcə də yeni maliyyə və logistika xidmətlərinin tətbiqi nəzərdə tutulur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları