Previous Next
Bağla

Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

05-11-2018 15:24
Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçildi. Beləliklə, Azərbaycan BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri oldu. Qeyd edək ki, Şərqi Avropa və MDB regionundan yalnız Azərbaycan və Rusiya Şuraya üzv seçilib. Respublikamız, eyni zamanda Regional Rabitə Birliyinin tarixində BTİ Şurasına üzv seçilən iki ölkədən biridir. Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının üzvü olan dövlətlərin sayı 193-dür.

Xeberler.az  bildirir ki, noyabrın 5-də keçirilən seçkilərdə ikinci dəfə Şuraya üzv seçilən Azərbaycan C regionundan (Şərqi Avropa və Şimali Asiya) namizədliyini irəli sürmüşdü. Ölkəmiz bu qrupda Rusiya, Polşa, Bolqarıstan, Çexiya, Rumıniya və Qırğızıstan ilə rəqabət aparıb. Vakant 5 yerə Azərbaycanla yanaşı, dörd ölkə, o cümlədən Polşa, Rusiya, Rumıniya və Çexiya da Şuraya üzv seçilib.

BTİ-nin Radio Tənzimləmə Komitəsinə C regionundan Azərbaycanın namizədi Sahibə Həsənova 115 səslə seçilib. O, C regionu üzrə 4 namizəddən biri idi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı olan S.Həsənova radiorabitə sahəsində ixtisaslı mühəndisdir. Aparılan ikitərəfli və çoxtərəfli danışıqlar, geniş təbliğat nəticəsində ölkəmizin Şuraya üzvlüyü seçki yolu ilə təmin olunub. 1992-ci ildən fəal üzv kimi, BTİ-nin bütün təşəbbüslərində yaxından iştirak edən Azərbaycan ilk dəfə 2014-cü ildə Şuraya üzv seçilib. Ölkəmizin Şuraya namizədliyinin dəstəklənməsi və aidiyyəti işlərin aparılması üçün 29 oktyabrdan öz işinə başlayan Səlahiyyətli Konfransda Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Eyni zamanda, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də konfransın əsas plenar iclasında çıxış edib və bir sıra ölkələrin sahə üzrə nazirləri ilə görüşüb. Seçkilərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xüsusi dəstək göstərib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi olan BTİ hər 4 ildən bir keçirilən Səlahiyyətli Konfrans və İnzibati Şura tərəfindən idarə olunur. Şura Birliyin ali orqanıdır. Səlahiyyətli Konfrans isə BTİ-nin fəaliyyət istiqamətlərini müəyyən edən qərarverici orqan hesab olunur. Bu il Səlahiyyətli Konfrans Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilir və öz işini noyabrın 16-dək davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

04-10-2022
Azərbaycan bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib

Azərbaycan bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib

14-11-2018
Azərbaycan BTİ-nin Şura və Komitəsinə namizədliyini irəli sürüb

Azərbaycan BTİ-nin Şura və Komitəsinə namizədliyini irəli sürüb

25-06-2026
Rabitə və informasiya texnologiyaları naziri BTİ-nin Səlahiyyətli Konfransının işinə qatılıb

Rabitə və informasiya texnologiyaları naziri BTİ-nin Səlahiyyətli Konfransının işinə qatılıb

11-10-2010
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

29-10-2018
Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyası keçirilir

Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyası keçirilir

13-05-2015
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Ali Şurasına üzvlük üçün namizədliyini təqdim edib

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Ali Şurasına üzvlük üçün namizədliyini təqdim edib

02-06-2010
Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

18-04-2018
Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

02-11-2018
Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqında ikiqat uğuru

Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqında ikiqat uğuru

19-11-2018
Azərbaycan növbəti dəfə ITU-nun Komitəsinə namizədliyini irəli sürüb

Azərbaycan növbəti dəfə ITU-nun Komitəsinə namizədliyini irəli sürüb

19-08-2021
Bakıda rabitə üzrə beynəlxalq tədbir keçirilir

Bakıda rabitə üzrə beynəlxalq tədbir keçirilir

30-08-2017
Nazir müavini Rövşən Rüstəmov Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini ilə görüşüb

Nazir müavini Rövşən Rüstəmov Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini ilə görüşüb

13-01-2022
Rəşad Nəbiyev BTİ-nin növbəti Səlahiyyətli Konfransında çıxış edib

Rəşad Nəbiyev BTİ-nin növbəti Səlahiyyətli Konfransında çıxış edib

27-09-2022
Nümayəndə heyətimiz  BTİ-nin iclasında iştirak edir

Nümayəndə heyətimiz BTİ-nin iclasında iştirak edir

17-05-2017
Rövşən Rüstəmov  Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb

Rövşən Rüstəmov  Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb

23-03-2022
Azərbaycan qızıl medalla təltif edildi

Azərbaycan qızıl medalla təltif edildi

19-05-2015
Azərbaycan Telekommunikasiya Şurasının sessiyasında iştirak edir

Azərbaycan Telekommunikasiya Şurasının sessiyasında iştirak edir

19-06-2019
Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi  ilə videokonfrans formatında görüşüb

Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə videokonfrans formatında görüşüb

22-10-2021
Nuru Əhmədov BTİ-nin qızıl medal və sertifikatına layiq görülüb

Nuru Əhmədov BTİ-nin qızıl medal və sertifikatına layiq görülüb

18-04-2014
Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

18-06-2025
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında təmsil olunur

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında təmsil olunur

22-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə