Previous Next
Bağla

Azərbaycan Poçtu növbəti dəfə Qızıl sertifikat alıb-Foto

21-09-2016 15:48
Azərbaycan Poçtu növbəti dəfə Qızıl sertifikat alıb-Foto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən XXVI Ümumdünya Poçt Konqresində iştirak edir. Ümumdünya Poçt İttifaqının (ÜPİ) və Türkiyənin Poçt və Teleqraf  Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konqresdə 192 üzv ölkə təmsil olunur.

RYTN-dən Xeberler.az-a verilən məlumata  görə, 19-20 sentyabr tarixlərində artıq konqresin ilk iclasları keçirilib. ÜPİ-nin EMS (Ekspress Mail Servis - Sürətli Poçt Xidmətləri) üzrə Baş Assambleyasının iki gün davam edən iclaslarında EMS xidmətlərinin göstərilməsi üzrə 2015-ci ildə dünya ölkələri arasında aparılmış qiymətləndirmənin nəticələri açıqlanıb və yüksək nəticə göstərmiş ölkələr mükafatlarla təltif edilib.

Sevindirici haldır ki, Azərbaycan Poçtu növbəti dəfə EMS üzrə Qızıl səviyyəli ÜPİ sertifikatı ilə təltif olunub və ÜPİ-nin Baş direktoru Bişar Hüseyn tərəfindən sözügedən mükafat Azərbaycanın nümayəndəsinə təqdim edilib.

 Qeyd edək ki, konqres Ümumdünya Poçt İttifaqının ali orqanıdır və hər dörd ildən bir keçirilir.

Üç həftə davam edəcək konqresin ilk iki həftəsində müxtəlif komissiyalarda Konqresə təqdim olunmuş təkliflər ətrafında müzakirələr aparılıb müvafiq qərarlar qəbul ediləcək.

Sonuncu - üçüncü həftədə isə Nazirlər toplantısı, eyni zamanda ÜPİ-nin ali orqanları olan Administrativ və Poçt Əməliyyatları şuralarına seçkilər keçiriləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan hər iki Şuraya üzvlüyə namizəddir.

Konqresin son günü ÜPİ üçün əsas yol xəritəsi hesab edilən Ümumdünya poçt strategiyası imzalanacaq. 2017-2020-ci illər üçün nəzərdə tutulan yeni sənəd konqresin Türkiyədə keçirilməsi nəzərə alınaraq, İstanbul Poçt Strategiyası kimi tanınacaq.

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın poçt xidmətlərinin keyfiyyətinə görə qızıl səviyyəli sertifikatı

27-04-2015

Azərbaycan poçtunun növbəti Qızıl səviyyəli sertifikatı

10-04-2015

Azərbaycan nümayəndə heyəti ÜPİ-nın 28-ci Konqresində iştirak edir

08-09-2025

“Azərekspresspoçt” növbəti dəfə beynəlxalq səviyyəli sertifikata layiq görülüb

27-04-2020

“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

14-05-2020

Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub

18-09-2018

Bakıda Ümumdünya Poçt İttifaqının iclası keçirilir

25-05-2016

Azərbaycan nümayəndə heyəti Dünya Konqresində iştirak edir

26-04-2022

Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunacaq

30-01-2020

Azərbaycan Ümumdünya Poçt İttifaqının şuralarına üzv seçilib

19-09-2025

Ümumdünya Poçt İttifaqının Üçüncü Fövqəladə Konqresi başa çatıb

26-09-2019

Azərbaycan Ümumdünya Poçt İttifaqının müzakirəsində iştirak edir

25-09-2019

Ölkəmiz poçt rabitəsi üzrə beynəlxalq mükafata layiq görülüb

18-04-2018

Azərbaycan Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində iştirak edəcək

13-05-2025

9 oktyabr - Ümumdünya Poçt Günüdür

09-10-2020

Azərbaycan beynəlxalq quruma üzv seçildi

05-05-2015

Azərbaycan ÜPİ-nin Administrativ Şurasının iclasında təmsil olunub

29-10-2020

Azərpoçt beynəlxalq sertifikata layiq görülüb

09-04-2019

Ölkəmiz poçtla bağlı beynəlxalq sessiyaya qatılıb

25-04-2018

Azərbaycan ÜPİ-nin Qəyyumlar Şurasına üzv seçilib

05-05-2015

Azərbaycan Ümumdünya Radiorabitə Konfransında təmsil olunur

29-10-2019

Azərbaycanın ÜPİ-nin şuralarına namizədliyi ilə bağlı tədbir keçirilib

17-09-2025

ÜPİ İstanbul Konqresi 2016 başa çatdı-Foto

07-10-2016

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə