Previous Next
Bağla

AİF Azərbaycanda internetin hazırkı durumu ilə əlaqədar açıqlama yayıb

06-03-2009 13:58
AİF Azərbaycanda internetin hazırkı durumu ilə əlaqədar açıqlama yayıb


Azərbaycan İnternet Forumu bildirir ki, ötən gün  RİTN tərəfindən İnternet qiymətləri ilə bağlı apardığı Monitorinqin
nəticələri və Beynəlxalq Telekommunikasiya İttifaqının Hesabatı ilə  bağlı məlumatlar  açıqlanıb. 

Məlumatlarda ölkədə İnternet qiymətlərinin region dövlətləri ilə eyni səviyyədə olduğu , həmçinin Hesabata əsaslanaraq ölkənin bu sahədə ciddi uğurlar əldə etdiyi bildirilir.

AİF  təəssüflə  bildirir ki, son dövrlərdə bu dövlət qurumu tərəfindən bir sıra hallarda həqiqətə uyğun olmayan, yarımçıq və cəmiyyəti çaşdıran məlumatlar yayılır.

AİF bildirir ki, BTİ dünyanın 154 ölkəsinin informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf səviyyəsinin 5 illik Hesabatını təqdim edib.

Hesabat hazırlanarkən 11 göstərici – mobil rabitə, internet və sabit telefon  istifadəçilərinin sayı, geniş zolaqlı internet istifadəçilərin sayı, kompüter olan və internet bağlantısı olan evlərin sayı  və s. bu kimi parametrlər üzrə araşdırmalar aparılıb və BTİ –yə məxsus metodika üzrə Reytinq Cədvəli hazırlanıb.

Hesabatda Azərbaycanın ümumi reytinqdə 14 pillə irəliləyərək 2002-ci ilə dair siyahıdakı 100-cü yerdən 86-cı mövqeyə qalxdığı bildirilib. Bunun əsasən mobil rabitə və internet  istifadəçilərinin sayının,  həmçinin ölkəyə daxilolan İnternet trafikin artması hesabına əldə olunduğu vurğulanıb. Hesabatda  hökumət tərəfindən bu sahəyə xüsusi  diqqət yetirildiyi  vurğulanıb.

AİF ölkənin İKT sahəsində Reytinq Cədvəlində irəliləməsini müsbət  hal kimi dəyərləndirir. İlkin müşahidələr onu deməyə əsas  verir ki, bu nəticə daha çox  ölkə rəhbəri tərəfindən İKT-nin prioritet elan edilməsi, büdcədən bu sahəyə müəyyən ayırmaların edilməsi  və bir sıra özəl qurumlar tərəfindən atılan addımlar hesabına əldə edilib.

AİF bildirir ki, Hesabatın  digər  hissələrinin təhlili  onu deməyə əsas  verir ki, ölkədə bu sahədə vəziyyət  heçdə RİTM –nin qeyd etdiyi kimi  ürəkaçan deyil.

AİF təəssüflə bildirir ki, yuxarıda qeyd olunan göstəricilər üzrə Reytinq Cədvəlində Azərbaycan irəliləməsinə baxmayaraq hələdə  qonşu ölkələrdən, potensial imkanı xeyli aşağı olan ölkələrdən geridədir,  MDB məkanında isə  Orta Asiya ölkələrini çıxmaqla  axırıncı yerdədir. Hesabatda  həmçinin İKT xidmətlərinin qiymətləri üzrə, mobil tariflər üzrə və xüsusən də  geniş zolaqlı İnternet  qiymətləri üzrə Azərbaycanın nəinki MDB məkanında yenə axırıncı yerdə olması,  hətta ən zəif inkişaf etmiş ölkələrlə (Nikaraqua, Tonqo və s.) bir sırada olması göstərilib. Hesabatda  genişzolaqlı və adi internet istifadəçilərin sayına görə Azərbaycanın 15 pillə gerilədiyi (82-ci pillədən 97-yə düşdüyü),  genişzolaqlı İnternet qiymətlərinin qonşu ölkələrlə müqayisədə hədsiz dərəcədə fərqli olması  qeyd olunub.

Reytinq Cədvəlində İKT xidmətlərinin qiymətlərinin ( telefon danışıqları, mobil tariflər , İnternet ) Azərbaycanda kifayət qədər  baha olması görsənir - 109-cu yer, qonşu ölkələrdən isə Rusiya-39, Gürcüstan – 103, Ukrayna-76 –cı yerlər.

BTİ-nin Hesabatında İnternet qiymətləri üzrə vəziyyətin ölkəmizdə daha pis və ən baha olduğu görsənir: Azərbaycan 110-cu yer, Nikaraqua-109, Gürcüstan -104, Ukrayna -79, Rusiya -37.

Hesabatda təqdim olunan rəqəmlər  bir qədər öncə AİF tərəfindən aparılan Monitorinqin nəticələrinə tamamilə uyğundur. AİF –in apardığı monitorinqlərin nəticəsi ölkədə İnternet xidmətlərinin keyfiyyətinin hədsiz  dərəcədə pis olduğunu və qonşu ölkələrlə müqayisədə qiymətlərin  8-10 dəfə baha olduğunu göstərmişdi.

Bütün bunlardan sonra RİTN –nin yalnız özü tərəfindən aparılan Monitorinqlərə əsaslanaraq, Hesabatın nəticələrini nəzərə almadan bu sahədə vəziyyətin  normal olmasını, qonşu ölkələrlə qiymətlərin eyni olmasını elan etməsi kifayət qədər anlaşılmaz və absurddur.

AİF təəssüflə bildirir ki, İnternet və İKT bazarında birgə monitorinqlər  aparmaqla  bağlı RTN-nə edilən müraciətlərə də indiyədək müsbət  cavab verilməyib.

Hesabatın tam mətni : http://www.itu.int/ITU-D/ict/publications/idi/2009/material/IDI2009_w5.pdf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri araşdırılıb

29-01-2014

AİF internet qimətlərinin endiriləməsi ilə bağlı apardığı monitorinqin ilkin nəticələrini açıqlayıb

24-02-2009

Azərbaycan İnternet Forumunun açıqlaması

06-02-2009

Azərbaycan “Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də 7 pillə irəliləyib

24-04-2014

Ümumdünya İqtisadi Forumunun reytinqində Azərbaycan İKT göstəriciləri xeyli yüksəlib

05-09-2013

Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

15-05-2009

AİF ölkədə internetin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir

14-04-2010

Azərbaycan İnternet Forumunun toplantısı keçirilib

20-11-2008

AİF-in internet qiymətlərinin endirilməsi ilə bağlı apardığı monitorinq yekunlaşmaq üzrədir

16-02-2009

Ölkədə İnternet xidmətləri nə üçün keyfiyyətsizdir ?

14-10-2010

Ölkəmiz İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib

11-04-2013

RİTN-nin məhkəməyə verilməsi məsələsi AİF-in gündəmindədir

02-06-2010

Azərbaycan İnternet Forumunun məlumatı

19-12-2008

İnternetin mövcud vəziyyəti ilə bağlı tədbir keçirilib

24-02-2009

İnternetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliklərlə bağlı AİF -in açıqlaması

21-05-2013

Diqqət ! Ölkənin əsas Provayderi - Delta Telekom birdən birə qiymətləri 2 dəfə endirdi

03-02-2009

İnternet qiymətləri kəskin düşərsə AİF, RİTN qarşısında piket keçirməkdən imtina edə bilər

22-01-2009

AİF .az domeninin qeydiyyat məsələsini yenidən gündəmə çıxardı

08-04-2010

AİF Kosmik Məsələlər üzrə Şuranın sədri , akademik Arif Paşayevə müraciət edib

02-04-2012

Internet provayderlərdə qiymət endirimi əksər müştərilərin tələbatlarına uyğun deyil

17-02-2009

Milli İnternet ünvanların legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə ediləcək

03-02-2010

Azərbaycan İnternet Forumunun www.eqreb.com bloqu ilə bağlı açıqlaması

16-10-2010

Osman Gündüz: «Hazırda ölkə üzrə real olaraq istifadə olunan internet trafikin həcmi cəmi 8 Gb-dir»

16-09-2010

Azərbaycan genişzolaqlı internet qiymətlərinin ucuzluğuna görə dünyada öndədir

02-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə