Azərbaycan iqtisadiyyatı rekord həddə çatıb – 80 milyard dollar

10-01-2023 / 23:23

2022-ci ildə Azərbaycanın Ümumi Daxili Məhsulu rekord həddə çatıb.

Xeberler.az məlumat verir ki, bu barədə prezident İlham Əliyev yanvarın 10-da mətbuata müsahibəsində bildirib.

«Son dəqiqləşdirilmiş məlumata görə, ÜDM-nin həcmi 134 milyard dollar olub, bu təqribən 80 milyard dollar deməkdir»-deyə dövlət başçısı bildirib. 

Prezident bildirib ki, 2022-ci ildə Azərbaycanın xarici ticarətinin həcmi 50 milyard dolları ötüb, xarici ticarətdə müsbət saldo isə 25 milyard dollara çatıb: «İqtisadiyyatla məşğul olanlar bunun nə demək olduğunu bilirlər» deyə prezident qeyd edib.

Dövlət başçısı bildirib ki, bu dövrdə Azərbaycanın xarici borcu da azalıb. Azalma özünü həm mütləq rəqəmdə həm də ÜDM-ə nisbətdə göstərib.

Belə ki, xarici borcun məbləği 7 milyard dollardan aşağı düşüb, onun ÜDM-ə nisbəti isə 2021-ci ilin sonunda 17% olduğu halda, 2022-ci ilin sonunda 9,5% təşkil edib.

 

 

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.