2016-cı ilin birinci rübündə bir sıra region ölkələri (Yaxın Şərq, Türkiyə və Orta Şərq) smartfonlarda kiberhadisələrlə qarşılaşan istifadəçilərin nisbətinə görə dünyanın ilk 20-də yer alıblar.
Xeberler.az-ın məlumatıan görə, bu barədə Bakıda Kasperski Laboratoriyası-nın keçirdiyi "Kibertəhlükəsizlik Həftəsonu" adlı konfransda şirkətin qlobal araşdırmalar və analiz komandasının kibertəhlükəsizlik üzrə baş eksperti Məhəmməd Amin Hasbini bildirib.
Onun sözlərinə görə, aparılan araşdırmaların nəticələrinə əsasən, bu sahədə Azərbaycan 9, 3% göstərici ilə 20-ci yerdə qərarlaşıb.
"Müqayisədə üçün Misir 12% göstərici ilə 13-cü, Türkiyə 10, 7%-la 14-cü, Keniya 9, 4%-la 18-cidir", - deyə o əlavə edib.
Konfransda qeyd edilib ki, regionda mobil rabitə xidmətlərindən istifadənin genişlənməsi daim öz alətlərini təkmilləşdirəm kibercinayətkarların diqqətini cəlb etməkdə davam edir.
Azərbaycanda pul oğurluğuna yönəlmiş proqramlarla bağlı halların sayı artıb Kasperski Laboratoriyası bu cür halların 14% çoxaldığını aşkar edib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri