Previous Next
Bağla

Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

18-04-2016 15:57
Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

Kaspersky Lab şirkəti Bakıda “Kibertəhlükəsizlik Həftəsonu” (Cyber Security Weekend) konfransı keçirib.

Tədbirdə Orta Şərq, Türkiyə, Afrika və Azərbaycandan olan jurnalistlər, aparıcı biznes nümayəndələri və informasiya təhlükəsizliyi üzrə ekspertlər müzakirələr aparmaq üçün bir araya gəliblər. Builki tədbirin başlıca mövzusu son illər ərzində iri müəssisələrin mütəmadi olaraq üzləşdiyi kiberhadisələrin fonunda əhəmiyyəti və aktuallığı sürətlə artan sənaye obyektlərinin kibertəhlükəsizlik məsələləri olub.

Xeberler.az-ın məlumatına görə, tədbir çərçivəsində sənaye obyektlərinin kibertəhlükələrə məruz qaldığı hallar nəzərdən keçirilib və xüsusi əhəmiyyətə malik infrastrukturların, o cümlədən sənaye obyektlərinin qorunması üçün  ixtisaslaşdırılmış həll olan Kaspersky Industrial CyberSecurity məhsulunun təqdimatı keçirilib.

Konfransda həmçinin Kaspersky Lab mütəxəssisləri xüsusi texnologiyaların tətbiqi ilə şəhərin enerji istehlakının effektivliyini, rahat, ekoloji və fiziki baxımdan təhlükəsiz olmasını təmin edən “ağıllı şəhərlər” sisteminin təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bununla belə, sözügedən “ağıllı şəhərlər”in informasiya təhlükəsizliyi məsələləri təəssüf ki, adətən ikinci plana keçirilir, halbuki son zamanlar müxtəlif ssenarili kiberhücumların həyata keçirilməsində yüksək texnologiyaların istifadəsi riski sürətlə artır.

Konfrans ərzində Kaspersky Lab kibertəhlükəsizlik sahəsində qlobal və regional təhdidlərin, mövcud tendensiyaların icmalını təqdim edib, maliyyə fırıldaqçılığı və pul oğurluğuna yönəlmiş xüsusi proqramlar kimi regionda, o cümlədən Azərbaycanda olan əsas təhlükə vektorlarını vurğulayıblar.

Şirkət mütəxəssisləri həmçinin Azərbaycanda istifadəçilərin 2016-cı ildə məruz qaldığı kibertəhlükələrin statistikasını təqdim ediblər. Göstəricilərə əsasən ölkədə sözügedən təhdidlərin sayında artım müşahidə olunur.

 Kaspersky Lab mütəxəssisləri Kaspersky Security Network bulud infrastrukturu vasitəsilə 2016-cı ilin yanvar-may dövrü ərzində toplanmış statistikanı nümayiş etdiriblər.

Statistik göstəricilərə əsasən, Azərbaycan istifadəçilərinin 30,2%-i internet şəbəkəsində təhlükələrlə qarşılaşıb. 54% istifadəçi isə elektron daşıyıcılar və lokal şəbəkələrin təhlükəsizlik sistemində problemlərlə rastlaşıb. Ümumilikdə Orta Şərq, Türkiyə və Afrika ölkələrində bu göstəricilər müvafiq olaraq 15% və 45% təşkil edib. Orta Şərq ölkələri üzrə Kaspersky Lab həlləri tərəfindən 2016-cı ilin birinci rübü ərzində aşkarlanmış kiberhadisələrin ümumi sayında ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım müşahidə olunub. Qeyd edək ki, Azərbaycanda bu göstəricinin artımı 4% təşkil edib. 

 

Zərərli proqram təminatı bütün dünyada, o cümlədən Azərbaycanda sürətlə yayılır və bu cür proqramların hücum obyekti həm şirkətlər, həm də adi istifadəçilər olur. Ötən ilin birinci rübü ilə müqayisədə bütün region ölkələrində Kaspersky Lab texnologiyaları tərəfindən aşkarlanmış və qarşısı alınmış hücumların sayında artım müşahidə olunub: Azərbaycanda pul oğurluğuna yönəlmiş proqramlarla bağlı halların sayı 14% artıb ki, Orta Şərqdə bu artım 67%, Türkiyədə isə 58% təşkil edib.

“Demək olar ki, hər il adi istifadəçilər, həmçinin şirkətlər üçün şəbəkədə olan kibertəhlükələrin sayında artım müşahidə edirik. Dövrümüzdə internet şəbəkəsinə qoşulmaq üçün müxtəlif növ cihazlardan, masaüstü kompüterlərdən, smartfonlardan, televizorlardan, saatlardan, hətta fotoaparatlardan istifadə olunur. Ancaq təəssüf ki, informasiya təhlükəsizliyi heç də həmişə təmin olunmur. Elektron cihazlardan məxfi məlumatların saxlanması, onlayn, o cümlədən mobil ödəmələrin həyata keçirilməsində istifadə edilir və son zamanlar hətta iri müəssisələr də tez-tez kibercinayətkarların hücumuna məruz  qalırlar. Sevindiricidir ki, artıq Azərbaycanda həm adi istifadəçilər, həm də korporativ şirkətlər təhlükəsizlik məsələlərinə böyük diqqət ayırırlar. Belə ki, informasiya təhlükəsizliyi məsələlərində qənaət edilməsi və ya diqqətsizlik çox ciddi fəsadlara səbəb ola bilər”, - deyə Kaspersky Lab şirkətinin Azərbaycan üzrə regional nümayəndəsi Müşviq Məmmədov vurğulayıb.

Regionda mobil rabitə xidmətlərindən istifadənin genişlənməsi daim öz alətlərini təkmilləşdirən kibercinayətkarların diqqətini cəlb etməkdə davam edir.

Kaspersky Lab-ın statistik göstəricilərinə əsasən, 2016-cı ilin birinci rübündə bir sıra region ölkələri smartfonlarda kiberhadisələrlə qarşılaşan istifadəçilərin nisbətinə görə dünyanın ilk 20-liyində yer alıblar. Nəticələrə əsasən, Azərbaycan 9,3% göstərici ilə 20-ci yerdə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, Misir 12% göstərici ilə 13-cü, Türkiyə 10,7% ilə 14-cü, Keniya 9,4% ilə 18-cidir. Mobil platformalarda hücumlar kibercinayətkarlar tərəfindən “yoluxdurulmuş” mobil tətbiqlərin yüklənməsi və ya ucuz smartfonların baza proqram təminatında zərərli proqramların mövcudluğu halında daha effektiv olurdu.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternetdə təhlükə ilə qarşılaşan istifadəçilərin sayı artıb

18-04-2016

“Azərbaycan kibercinayətkarların diqqətini cəlb edir”

18-04-2016

Bakıda kibertəhlükəsizliklə bağlı konfrans keçiriləcək

12-04-2016

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017

İnternetlə yoluxma riskinə ən çox Azərbaycan istifadəçiləri məruz qalıb

25-08-2016

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018

Şifrələyici proqramların istifadəçilərə hücumları artıb

29-06-2016

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə