Previous Next
Bağla

Kasperski Laboratoriyası SAP ilə əməkdaşlığa başladı

14-04-2016 12:55
Kasperski Laboratoriyası SAP ilə əməkdaşlığa başladı

Kasperski Laboratoriyası və SAP MDB əməkdaşlığa dair memorandumun imzalanması barədə məlumat yayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, əməkdaşlığın məqsədi – Kasperski Laboratoriyası-nın texnologiyaları vasitəsilə əldə edilən məlumatlardan faydalanaraq SAP-ın korporasiya həllərinin effektivliyini artırmaqdır.

Əməkdaşlığın ilk mərhələsində sənaye müəssisələrinin idarə olunması üçün SAP həllərinə yeni imkanlar əlavə ediləcək.

Monitorinq və iqtisadi təhlükəsizliyin təmin olunması sisteminə SAP tərəfindən hazırlanmış və şirkətlərdə fəaliyyət göstərən xüsusi plaqin yerləşdiriləcək. Eyni zamanda, mühüm infrastrukturun müdafiəsi üçün yaradılmış Kaspersky Industrial CyberSecurity xüsusi yığım platforması sənaye obyektlərindən məlumat almağa imkan yaradacaq.

Daha sonra SAP mütəxəssisləri əldə edilmiş məlumatları analiz edəcək və gələcəkdə təhlilin köməyi ilə öz həllərinə istehsalatın effektivliyini artıracaq dəyişikliklər edə biləcəklər. Sözügedən əməkdaşlıq çərçivəsində şirkətlər SAP həllərinin və Kasperski Laboratoriyası-nın məhsullarının gələcəkdə daha sıx inteqrasiya imkanlarını nəzərdən keçirəcəklər.

Bundan başqa, şirkətlər birgə ictimai marketinq üzrə tədbir və seminarlar keçirməyi, həmçinin cari və potensial SAP əməkdaşları və müştərilərinə məhsulların yeni imkanlarını nümayiş etmək üçün demo-stend hazırlamağı planlaşdırır.

SAP və Kasperski Laboratoriyası arasında əməkdaşlıq müştərilərimizin iqtisadi və informasiya təhlükəsizliyinin səviyyəsinin artması istiqamətində atılan yeni bir addımdır. Əminəm ki, bu qarşılıqlı əlaqə şirkətlərə SAP-ın bulud texnologiyaları və infrastrukturundan istənilən səviyyədə daha fəal istifadə etməyə imkan yaradacaq – biznes tələblərinə və qlobal təcrübəyə tam cavab verən məlumat mərkəzlərindən tutmuş bulud platformaları və biznes tətbiqlərədək”, - deyə SAP MDB-nin icraçı direktoru Nataliya Parmenova qeyd edib.

“Daha bir istiqamətin inkişafında – İnternet əşyalarının sənaye sahəsində etibarlı şəkildə müdafiə olunmuş həllərin hazırlanmasında – SAP şirkətinə yardım etməyi planlaşdırırıq. Hazırda sözügedən texnologiyalar inkişafın növbəti mərhələsinə keçib və indi biznesin iqtisadi effektivliyini artırmaq imkanı yaradan yeni tipli məlumatların monitorinqini aparmaq fürsətimiz var. İnanıram ki, dünyada tanınmış iki şirkətin bilik və təcrübəsi biznes sahəsində cari və yeni texnologiyaların təhlükəsizliyinin artmasına əhəmiyyətli töhfə verməyə kömək edəcək”, - deyə Kasperski Laboratoriyası-nın Perspektiv texnologiyalarının idarə olunması departamentinin rəhbəri Andrey Duxvalov bildirib.

Korporasiya tətbiqləri bazarında dünya liderlərindən biri sayılan SAP şirkəti hər ölçüyə və ixtisaslaşmaya aid təşkilatlara daha effektiv şəkildə bizneslərini idarə etmək imkanı yaradır. Köməkçi xidmətlər yaxud şirkətin İdarə Heyəti, anbar yaxud mağazalar, masaüstü və ya mobil tətbiqlərdən asılı olmayaraq  SAP həlləri ümumi şirkətin və ayrı-ayrı əməkdaşların qarşılıqlı əlaqəsinin effektivliyini artırmağa, biznes sahəsini dərindən anlamağa və rəqabət üstünlüyü yaratmağa kömək edir. Hazırda 296 100-dən çox müştəri (SuccessFactors müştəriləri daxil) SAP-ın həllərindən və xidmətlərindən istifadə edir, çünki şirkətin qabaqcıl texnologiyaları yüksək gəlirliliyi təmin edir, fasiləsiz uyğunlaşmaya və davamlı inkişafa imkan yaradır.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

08-04-2026
SAP şirkəti Bakıda öz nümayəndəliyini açacaq

SAP şirkəti Bakıda öz nümayəndəliyini açacaq

08-05-2015
AzTU SAP Universitetlər Alyansına üzv oldu

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024
Almaniyanın “SAP SE” şirkəti Azərbaycanda nümayəndəliyini açır

Almaniyanın “SAP SE” şirkəti Azərbaycanda nümayəndəliyini açır

09-12-2015
SAP proqram həllərinin Bakı Ali Neft Məktəbində tədrisi başlayır

SAP proqram həllərinin Bakı Ali Neft Məktəbində tədrisi başlayır

12-01-2016
“Baku Steel Company” dünya lideri olan “SAP SE” şirkəti ilə əməkdaşlığa başlayır

“Baku Steel Company” dünya lideri olan “SAP SE” şirkəti ilə əməkdaşlığa başlayır

08-12-2023
SAP proqram həlləri Bakı Ali Neft Məktəbində tədris olunacaq

SAP proqram həlləri Bakı Ali Neft Məktəbində tədris olunacaq

15-12-2015
SAP məşhur startapı satın aldı

SAP məşhur startapı satın aldı

28-09-2016
SOCAR və “SAP SE” innovasiya və rəqəmsallaşma sahəsində əməkdaşlığı nəzərdən keçirir

SOCAR və “SAP SE” innovasiya və rəqəmsallaşma sahəsində əməkdaşlığı nəzərdən keçirir

12-06-2023
Multi-country SAP təmsilçisi: Azərbaycan texnologiyalar və innovasiyalar baxımından çox sürətlə inkişaf edir

Multi-country SAP təmsilçisi: Azərbaycan texnologiyalar və innovasiyalar baxımından çox sürətlə inkişaf edir

26-10-2023
Avstraliyada Elektron İdarəçilik İnstitutu fəaliyyətə başlayıb

Avstraliyada Elektron İdarəçilik İnstitutu fəaliyyətə başlayıb

10-11-2015
Dünyanın ən böyük proqram təminatı şirkəti Azərbaycanda

Dünyanın ən böyük proqram təminatı şirkəti Azərbaycanda

24-08-2015
Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

28-11-2017
“Kasperski laboratoriyası” Sinqapurda nümayəndəlik açıb

“Kasperski laboratoriyası” Sinqapurda nümayəndəlik açıb

18-04-2015
HP şirkətinin rəhbəri dəyişdi

HP şirkətinin rəhbəri dəyişdi

03-10-2010
“Mozilla”ya baş direktor təyin edildi

“Mozilla”ya baş direktor təyin edildi

15-10-2010
“OpenAI” və SAP Almaniyanın dövlət idarələrini süni intellektlə təmin edəcək

“OpenAI” və SAP Almaniyanın dövlət idarələrini süni intellektlə təmin edəcək

24-09-2025
Məşhur İT şirkətləri saziş imzalayıblar

Məşhur İT şirkətləri saziş imzalayıblar

27-09-2018
Ən çox veb-hücumlara məruz qalan ölkələr hansılardır?

Ən çox veb-hücumlara məruz qalan ölkələr hansılardır?

15-11-2013
İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

08-02-2024
Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi

Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi

15-04-2019
Microsoft Adallom şirkətini satın almağa hazırlaşır

Microsoft Adallom şirkətini satın almağa hazırlaşır

23-07-2015
“Smart TV-lər xaker hücumuna məruz qalacaq”

“Smart TV-lər xaker hücumuna məruz qalacaq”

25-06-2015
“Azərbaycan kibercinayətkarların diqqətini cəlb edir”

“Azərbaycan kibercinayətkarların diqqətini cəlb edir”

18-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə