Previous Next
Bağla

Kompüterlərin üçdə biri virusa yoluxma təhlükəsinə məruz qalıb

03-08-2015 10:42
Kompüterlərin üçdə biri virusa yoluxma təhlükəsinə məruz qalıb

Azərbaycanda istifadəçilərin 32,16 faizi Internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib.

Xəbərlər-in Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə "Kasperski laboratoriyası" şirkətinin saytında dərc edilən 2015-ci ilin ikinci rübünün yekunları üzrə "İnformasiya təhlükələrinin inkişafı" icmalında deyilir.

İcmala əsasən, cari ilin I rübü ilə müqayisədə bu göstərici 16,3 faiz azalıb.

İcmala əsasən, Azərbaycan İnternet vasitəsilə virusa yoluxma riskinə daha çox məruz qalan 20 ölkə arasında altıncı yeri tutur.

TOP 10-a 38,98 - 30,83 faizlə daxil olan ölkələr - Rusiya, Qazaxıstan, Ukrayna, Suriya, Belarus, Azərbaycan, Tailand, Moldova və Vyetnamdır.

Ən böyük yoluxma riskinə məruz qalmış ölkələrin iyirmiliyinə Ermənistan, Qırğızıstan, Xorvatiya, Əlcəzair, Qətər, Çin, Monqolustan, Makedoniya, Bosniya və Herseqovina və Yunanıstan da daxildir.

İnternet istifadəçilərinin riskə daha az meyilli olduğu ən təhlükəsiz ölkələr isə bunlardır: Argentina (13,2 faiz), Niderland (12,5 faiz), Koreya (12,4 faiz), İsveç (11,8 faiz), Paraqvay (10,2 faiz) və Danimarka (10,1 faiz).

Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin İnternet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin dərəcəsini qiymətləndirmək üçün şirkət bir rüb ərzində hər bir ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.

2015-ci ilin II rübündə "Kasperski laboratoriyası" dünyanın müxtəlif ölkələrində İnternet resurslarından həyata keçirilən 380 milyona yaxın hücumu dəf edib.

Göstərilən dövr ərzində antivirus həlləri istifadəçilərin kompüterində təqribən 26 milyon virus hücumu aşkarlayıb.

İstifadəçilərin kompüter və mobil qurğularında bloka alınmış zərərli hücumların sayı 110,7 milyonu ötüb.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Diqqət! Kompüterləriniz virusa yoluxa bilər

Diqqət! Kompüterləriniz virusa yoluxa bilər

20-08-2019
 İnternetlə yoluxma riskinə ən çox Azərbaycan istifadəçiləri məruz qalıb

İnternetlə yoluxma riskinə ən çox Azərbaycan istifadəçiləri məruz qalıb

25-08-2016
Facebook istifadəçilərinin sayı azalıb

Facebook istifadəçilərinin sayı azalıb

03-05-2015
Aktiv Facebook istifadəçilərinin sayı azalıb

Aktiv Facebook istifadəçilərinin sayı azalıb

02-03-2015
WannaCry-dan ən çox Windows 7 istifadəçiləri zərər çəkib

WannaCry-dan ən çox Windows 7 istifadəçiləri zərər çəkib

23-05-2017
Virusdan qurtulmağın daha bir yolu

Virusdan qurtulmağın daha bir yolu

25-06-2011
Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

30-03-2018
Azərbaycanda noutbuk satışı artıb

Azərbaycanda noutbuk satışı artıb

20-09-2017
İl ərzində mobil videonun həcmi 100 faiz yüksəlib

İl ərzində mobil videonun həcmi 100 faiz yüksəlib

29-06-2015
Azərbaycanda Facebook istifadəçilərinin fəallığı azalıb

Azərbaycanda Facebook istifadəçilərinin fəallığı azalıb

05-07-2015
İlin əvvəlində spamların sayı kəskin artıb

İlin əvvəlində spamların sayı kəskin artıb

16-05-2016
Dünyada internetin sürəti 14 faiz artıb

Dünyada internetin sürəti 14 faiz artıb

18-12-2015
Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015
“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

“Apple” kompüterlərinin ABŞ-da satışı artmaqda davam edir

14-04-2015
Azərbaycanda kibertəhlükələr artır- Microsoft  xəbərdarlıq edir

Azərbaycanda kibertəhlükələr artır- Microsoft xəbərdarlıq edir

11-03-2016
Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016
İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019
Kompüterlərdə "Opera"nın payı 34 faiz azalıb

Kompüterlərdə "Opera"nın payı 34 faiz azalıb

01-09-2025
Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

05-09-2025
Azərbaycanda ən populyar sosial şəbəkənin adı açıqlanıb

Azərbaycanda ən populyar sosial şəbəkənin adı açıqlanıb

07-03-2025
Azərbaycanda "Facebook"un bazar payı artıb

Azərbaycanda "Facebook"un bazar payı artıb

03-07-2019
"Yandex" Azərbaycandakı bazar payının 13 faizini itirib

"Yandex" Azərbaycandakı bazar payının 13 faizini itirib

02-10-2025
“Smart TV-lər xaker hücumuna məruz qalacaq”

“Smart TV-lər xaker hücumuna məruz qalacaq”

25-06-2015
"Instagram" Azərbaycandakı bazar payının yarıdan çoxunu itirib

"Instagram" Azərbaycandakı bazar payının yarıdan çoxunu itirib

01-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə