Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin oyun ekosistemini təmsil edən nümayəndə heyəti 2025-ci ilin mart ayında ABŞ-nin San Fransisko şəhərində keçirilən dünyanın ən nüfuzlu tədbirlərindən biri olan “Oyun Tərtibatçıları Konfransı”nda (Game Developers Conference – GDC 2025) iştirak edib.
Xeberler.az məlumat verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndələri beynəlxalq oyun studiyaları, texnologiya şirkətləri və investorlarla birbaşa əlaqələr qurmaq, oyun sənayesindəki qlobal trendlərlə tanış olmaq və yerli məhsulların qlobal bazarlara çıxışı üçün imkanları araşdırmaq imkanı əldə ediblər.
Mədəniyyət Nazirliyi tərəfindən nümayəndə heyətinin bu konfransda iştirakı, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın müvafiq bəndində nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilib.
Həmçinin “Oyun Tərtibatçıları Konfransı 2025” çərçivəsində Beynəlxaq Oyun Tərtibatçıları Assosiasiyası tədbirində qurumun Azərbaycan fəslinin rəsmi açılışı elan olunub.
“Gametech” klasteri Azərbaycanda yeni investisiyaları cəlb etməyə, hekayələr, qrafik dizayn və animasiya kimi sahələrdə çalışan mütəxəssislərin təkmilləşməsinə, mədəni irsin innovativ üsullarla tanıdılmasına və qeyri-neft sektorunun şaxələndirilməsinə təkan verir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları