“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “SUP.VC” və “GameTech” platformasının birgə təşkilatçılığı ilə “GameTech – Gələcəyin əyləncəsi: oyun” tədbiri keçirilib.
Xeberler.az bildirir ki, nazirlikdən verilən məlumata görə, yaradıcı sənaye sahələrinin başında gələn oyun sahəsi sürətlə böyüməyə davam edir. Hazırda dünyada oyun istifadəçiləri ilə yanaşı, bu sahədə fəaliyyət göstərən şirkətlərin də sayı artmaqdadır.
Tədbirin məqsədi oyun sektorundakı son tendensiyalar, yerli və xarici nümayəndələrin iştirakı ilə bu barədə müzakirələrin aparılmasıdır.
Tədbir çərçivəsində iki sessiya baş tutub.
İlk sessiya “LOF Studios”un təsisçisi Zaur Orucovun moderatorluğu, “Game factory” şirkətinin təsisçisi Murat Kahraman və həmtəsisçisi Efe Kucuk, TOGED-in vitse-prezidenti Özgür Karayalçının iştirakı ilə təşkil edilib.
İkinci sessiya isə “Vriendly” layihəsinin təsisçisi Kamran Qurbanlının moderatorluğu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov, “Bad Button Studio & Game İnvestor” şirkətinin həmtəsisçisi Fariz Bədəlzadə, “AzDimension” şirkətinin təsisçisi və icraçı direktoru Fərid Haqverdiyevin iştirakı ilə baş tutub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri