Previous Next
Bağla

Rəqəmsal oyun düşərgəsi başa çatdı-Fotolar

11-09-2023 14:41
Rəqəmsal oyun düşərgəsi başa çatdı-Fotolar

rbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun, “Code Academy” şirkətinin və “IBIS Baku City Hotel”in dəstəyi ilə həyata keçirilən “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinin bağlanış tədbiri keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, tədbirdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin Bilişim Vadisinin direktoru Serdar İbrahimcioğlu, “DIGIAGE” şirkətinin direktoru Emre Yıldız və digər şəxslər iştirak ediblər.

Tədbirdə “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinin ən uğurlu komandaları haqqında videoçarx nümayiş olunub. Komandalar investorlar və münsiflər qarşısında düşərgə müddətində hazırladıqları oyunlarını təqdim ediblər. On dörd komandadan müvafiq potensiallı hesab olunan 5-nə investisiya ayrılacaq və Bilişim Vadisi Bakı kampusunda ödənişsiz ofis imkanları veriləcək. Ümumilikdə 14 komandadan 11-nə isə Bilişim Vadisi tərəfindən mentorluq dəstəyi verilməklə investisiya potensiallarının artırılmasına dəstək göstəriləcək.

Dörd gün davam edən düşərgədə 267 müraciətçidən qəbul mərhələlərini tamamlayan 92 iştirakçı komanda və ya fərdi formada iştirak edib. İştirakçılara oyun hüququ və şirkətləşmə, bu sektorda karyera imkanları barədə məlumat verilib, “Game Art” oyunyaratma təlimləri keçirilib, həmçinin tanınmış şirkət və oyun dizaynerlərinin motivasiya xarakterli hekayələri paylaşılıb.

Həmçinin komandaların ilkin kapital qazanmasına şərait yaratmaq məqsədilə Türkiyədən dəvət olunmuş investorlar layihələrlə tanış olub, onların investisiya imkanlarını dəyərləndiriblər.

Düşərgənin məqsədi peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Həmçinin dünya bazarına çıxmaq imkanları ilə bağlı onların təcrübə əldə etmələrinə və yeni təşəbbüslərə imza atmalarına dəstək olmaq əsas hədəflərdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət”in “DIGIAGE BAKU 2024” rəqəmsal oyun düşərgəsi baş tutub

23-09-2024

DIGIAGE - Bakı 2025” rəqəmsal oyun düşərgəsi keçiriləcək

15-10-2025

KOBİA və Türkiyənin Bilişim Vadisi əməkdaşlıq edəcək

10-07-2023

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023

“Bilişim Vadisi”nin nümayəndə heyəti Təhsilin İnkişafı Fondunun qonağı olub

12-09-2023

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023

“Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələri ilə görüş keçirilib

15-02-2024

AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

23-11-2023

Bilişim Vadisi ilə AzTU arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

07-03-2024

"RoboCode” robotik kodlama düşərgəsinə start verilib

03-03-2025

“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

24-01-2025

“ASAN xidmət”in “RoboCode” düşərgəsi başa çatıb

08-04-2025

Türkiyədə "Bilişim Vadisi Bakı" açıldı

04-05-2023

“INNOLAND”də oyun tərtibatçıları üçün “Demo day” keçirilib

11-04-2022

“ASAN xidmət” gəncləri robototexnika sahəsində bir araya gətirəcək

27-01-2025

AzTU-nun rektoru Türkiyədə səfərdə olub

26-01-2023

KOBİA və Bilişim Vadisi Bakı “Gənc startap” sahibkarlıq təlimlərinə start verdi

15-02-2024

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

01-04-2026

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də olub

22-09-2025

“Yaşıl Dünyanı Yarat! -2” rəqəmsal həllər hakatonu keçirilib

28-04-2026

BANM tələbələri “Bilişim Vadisi”nin xüsusi mükafatı ilə təltif olunublar

30-01-2025

ASAN Kadr Karyera mərkəzinin sərgisi keçirilib

12-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə