Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev “Microsoft” Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşüb
Davosda keçirilən görüşdə Jan Kurtua ölkəmiz ilə əməkdaşlığın səviyyəsindən razılığını bildirib, qeyri-qanuni proqram təminatının qarşısının alınmasında, piratçılığa qarşı mübarizədə Azərbaycanın regionda nümunə olduğunu vurğulayıb.
Vitse prezident qeyd edib ki, Microsoft şirkəti informasiya təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ilə əməkdaşlığa hazırdır.
Prezident İlham Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük əhəmiyyət verildiyini, bu sahənin inkişafının ölkəmizdə prioritet elan edildiyini vurğulayıb.
Həmçinin tərəflər arasında "Microsoft"un böyük regional informasiya-hesablama mərkəzinin Azərbaycanda yaradılması məsələsi bir daha müzakirə edilib və bunun tezliklə reallaşması üçün işlərin sürətləndirilməsi qərara alınıb.
.//xeberler.az/Samir