Previous Next
Bağla

Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görüldü

23-10-2024 11:30
Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görüldü

Qazaxıstanda “Google” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Qafqaz və Mərkəzi Asiya 2024” hakatonu keçirilib. Astanada təşkil olunan və 7 ölkədən 120-dən çox iştirakçının yarışdığı hakatonda Azərbaycan startapı “Farm Forward” 3-cü yerə sahib çıxıb.

Xeberler.az bildirir ki, startapın sahibi Altun Tarverdiyev hakaton təşkilatçıları tərəfindən təltif olunub. Tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Səfər çərçivəsində nazir müavini Samir Məmmədov “Google” şirkətinin vitse-prezidenti Olqa Skorokodova və Qazaxıstan Respublikasının rəqəmsal inkişaf nazirinin müavini Kanış Tuleyuşinlə görüş keçirib. Görüşlər zamanı Samir Məmmədov Azərbaycanın rəqəmsal transformasiya çərçivəsində ekoloji tarazlığın qorunmasına yönəlik siyasəti dəstəklədiyini və noyabrda Bakıda keçiriləcək COP29 tədbiri zamanı da bu istiqamətdə səmərəli addımların atılmasının vacibliyini qeyd edib. Nazir müavini bildirib ki, Azərbaycan yeni açılmış İnnovasiya Mərkəzinin potensialının artırılması istiqamətində startaplarla əməkdaşlığa açıqdır.

Qeyd edək ki, “Dayanıqlı İnkişaf üçün Süni İntellekt Yarat!” devizi ilə baş tutan “Qafqaz və Mərkəzi Asiya 2024” hakatonu süni intellekt əsaslı startapları bir araya gətirib.

Yarışda 21 startap final mərhələsinə keçib və münsiflər heyəti tərəfindən ən yüksək xalla qiymətləndirilən 3 komanda mükafata layiq görülüb. Qalib komandalara pul mükafatı verilib, inkubasiya dəstəyi və qlobal texnoloji firmalarla əməkdaşlıq imkanları yaradılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazir müavini Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında iştirak edib

06-02-2026

Nazir müavini Gürcüstanda keçirilən Beynəlxalq Rəqəmsal Bağlantı Sammitində iştirak edib

14-09-2022

Qazaxıstanın nümayəndə heyəti Azərbaycana səfər edib

17-11-2025

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

18-12-2023

Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik təcrübəsi ilə maraqlanır

14-11-2025

“Mərkəzi Asiya və Qafqaz üçün rəqəmsal bağlantı” mövzusunda seminar keçirilib

18-11-2025

Nazir müavini Samir Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

24-04-2024

Nazir müavini: Azərbaycan süni intellekt üzrə mövqeyini gücləndirir

11-02-2026

Nazir müavini Rövşən Rüstəmov Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turaqayla görüşüb

18-08-2022

Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nəqliyyat nazirlərinin konfransı keçirilib

17-08-2022

RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

26-08-2025

Samir Məmmədov: Yeni data mərkəzlərin inşası üzərində işləyirik

03-06-2025

Samir Məmmədov: 1 milyon vətəndaş rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edə biləcək

04-09-2024

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

24-05-2024

Alman sahibkarlarından ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

23-11-2021

Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

29-04-2026

İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

21-11-2024

Bu ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması nəzərdə tutulub

20-08-2025

"Green Hackathon 2024" layihəsi başa çatıb

30-10-2024

Nazir müavini nüvə enerjisindən istifadənin artırılmasına dair müzakirədə iştirak edib

14-11-2024

Samir Məmmədov: Bakı ilə yanaşı Sumqayıt və Gəncədə də innovasiya mərkəzləri yaradılacaq

02-10-2024

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025

Azərbaycan Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində iştirak edəcək

13-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə