Previous Next
Bağla

Bu ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması nəzərdə tutulub

20-08-2025 10:43
Bu ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması nəzərdə tutulub

Sumqayıt İnnovasiya Mərkəzi ölkə üzrə formalaşmaqda olan innovasiya şəbəkəsinin keyfiyyət baxımından növbəti mərhələsidir. Belə ki, cari ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması, həmçinin Naxçıvan Dövlət Universitetində də prototipləşdirmə laboratoriyasının təsis edilməsi nəzərdə tutulub.

Xeberler.az məlumat verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat mərasimində deyib.

“Məqsəd nəinki Bakıda, eləcə də regionlarda startap ekosisteminin güclənməsini infrastruktur, maliyyə, insan kapitalı və texnoloji icma quruculuğu istiqamətlərində dəstəkləməkdir.

Regionlarda innovasiya fəaliyyətinin genişlənməsi gənclər arasında innovativ sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə və bunun da növbəsində hər regionun spesifikasından asılı olaraq sosial-iqtisadi artımına səbəb olur. Bölgələrdə reallaşdırılan İnnostart, “4ü1arada” (dördü bir arada) və elektron ticarətin inkişafına yönəlmiş “ecomX” kimi digər layihələrin təməl məqsədi məhz budur”, - deyə nazir müavini əlavə edib.

Samir Məmmədov vurğulayıb ki, “ecomX” layihəsində Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və ətraf ərazilərdən 500-dən çox vətəndaş iştirak edib. Layihə çərçivəsində elektron ticarət haqqında maariflənmə proqramı və inkubasiya proqramı keçirilib, 15 yeni e-ticarət platformasının formalaşdırılmasına nail olunub. Proqramın yekununda həyata keçirilmiş “Demo Day” tədbirində layihələrin inkişaf etdirilməsi üçün komandalara 30 min manat dəyərində pul mükafatı təqdim edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Samir Məmmədov: Bakı ilə yanaşı Sumqayıt və Gəncədə də innovasiya mərkəzləri yaradılacaq

02-10-2024

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025

Azərbaycan İnnovasiya Mərkəzi açılıb

02-10-2024

Nazir müavini: Üç ildə İRİA tərəfindən 600-dən çox startap dəstəklənib

20-08-2025

Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

20-08-2025

Gəncə İnnovasiya Mərkəzi bu ilin sonuna qədər açılacaq

08-08-2025

Sumqayıt İnnovasiya Mərkəzinin açılış mərasimi olub

23-12-2024

Yeni startap layihələri təqdim olunub

20-02-2024

EcomX inkubasiya proqramı Azərbaycan iqtisadiyyatına 15 e-ticarət biznesi qazandırıb

13-08-2025

İRİA: "Bu günədək 600-dən çox startap proqramlarımızdan keçib"

05-12-2025

EcomX E-ticarət Proqramının birinci mərhələsi başa çatıb

08-05-2025

Startap maliyyələşməsi üzrə qanunvericilik bazası hazırlanır

02-02-2026

Gələn ay Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq

11-09-2024

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

05-12-2025

Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır

04-11-2022

Naxçıvan İnnovasiya Mərkəzi açılıb

01-10-2025

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025

Azərbaycanın regionlarında innovasiyaların inkişafı üzrə - İşlər Aparılır

09-01-2021

Gələn il Azərbaycanın 3 regionunda İnnovasiya Mərkəzi fəaliyyətə başlayacaq

01-12-2023

Samir Məmmədov: 1 milyon vətəndaş rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edə biləcək

04-09-2024

Azərbaycan startaplarının cəlb etdiyi investisiyaların məbləği açıqlanıb

02-10-2024

KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir

30-09-2024

Azərbaycanda yüksəksürətli interneti olan təsərrüfatların sayı 3 milyona çatıb

20-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə