Previous Next
Bağla

Nazir müavini nüvə enerjisindən istifadənin artırılmasına dair müzakirədə iştirak edib

14-11-2024 13:03
Nazir müavini nüvə enerjisindən istifadənin artırılmasına dair müzakirədə iştirak edib

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində “Nüvə enerjisindən istifadənin 2050-ci ilədək üçqat artırılması üçün səylərin inkişaf etdirilməsi” adlı tədbirdə iştirak edib.

Samir Məmmədov çıxışında iqlim dəyişmələri üzrə diskussiyaların qlobal miqyasda əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini bildirib. Nazir müavini Azərbaycanın bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmində olduğunu vurğulayıb. O, ölkəmizin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq, 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq planını iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə Azərbaycanın Paris Sazişi üzrə öhdəliklərinin məsuliyyətini anlamaqla təmiz enerji keçidinə sadiqliyini bildirərək bu aspektdə nüvə enerjisinə, xüsusilə kiçik modul reaktorlar (SMR) kimi innovativ nüvə texnologiyalarına maraq göstərdiyi qeyd olunub.

Azərbaycan hökumətinin “Atoms4Netzero” təşəbbüsü çərçivəsində təmiz enerjiyə keçiddə nüvə enerjisinin, o cümlədən SMR-lərin potensial rolunun birgə təhlilini dəstəklədiyi vurğulanıb.

Samir Məmmədov çıxışının sonunda Azərbaycan hökuməti adından digər ölkələri təmiz enerjiyə sürətli keçid üçün qlobal əməkdaşlığı inkişaf etdirməyə qoşulmağa dəvət edib.

Azərbaycanın bu istiqamətdə fəaliyyətə töhfə verən layihələr üzərində birgə işləməyə hazır olduğunu bildirib.

Tədbir Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Marianno Qrossinin iştirakı ilə panel iclası şəklində davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazir müavini: Azərbaycan nüvə innovativ nüvə texnologiyalarına maraq göstərir

Nazir müavini: Azərbaycan nüvə innovativ nüvə texnologiyalarına maraq göstərir

14-11-2024
COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib

COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib

12-11-2024
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

25-12-2023
Nazir müavini Gürcüstanda keçirilən Beynəlxalq Rəqəmsal Bağlantı Sammitində iştirak edib

Nazir müavini Gürcüstanda keçirilən Beynəlxalq Rəqəmsal Bağlantı Sammitində iştirak edib

14-09-2022
COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu müzakirə olunub

COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu müzakirə olunub

13-11-2024
Nazir müavini Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında iştirak edib

Nazir müavini Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında iştirak edib

06-02-2026
Elm və Təhsil Nazirliyi COP29-da müzakirə ediləcək mövzuları açıqlayıb

Elm və Təhsil Nazirliyi COP29-da müzakirə ediləcək mövzuları açıqlayıb

11-11-2024
Dünya Bankı COP29-la bağlı Azərbaycana dəstək verəcək

Dünya Bankı COP29-la bağlı Azərbaycana dəstək verəcək

19-01-2024
Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024
"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024
“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

04-09-2024
Ölkələr külək, günəş və su enerjisindən istifadəyə keçə bilər

Ölkələr külək, günəş və su enerjisindən istifadəyə keçə bilər

25-11-2015
Samir Məmmədov: Yeni data mərkəzlərin inşası üzərində işləyirik

Samir Məmmədov: Yeni data mərkəzlərin inşası üzərində işləyirik

03-06-2025
Nazir müavini Samir Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

Nazir müavini Samir Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

24-04-2024
Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

18-12-2023
Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görüldü

Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görüldü

23-10-2024
Bu gün Bakıda COP29 işə başlayır

Bu gün Bakıda COP29 işə başlayır

11-11-2024
Avropa Komissiyası təmiz enerjiyə keçid səylərində Azərbaycanı dəstəkləməyə davam edəcək

Avropa Komissiyası təmiz enerjiyə keçid səylərində Azərbaycanı dəstəkləməyə davam edəcək

02-02-2023
Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq  Nyu-Yorkda müzakirə edilib

Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq Nyu-Yorkda müzakirə edilib

24-09-2024
Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

20-05-2026
Səhiyyə naziri  “TikTok”un vitse-prezidenti ilə görüşüb

Səhiyyə naziri “TikTok”un vitse-prezidenti ilə görüşüb

19-11-2024
Bərpa olunan energetika ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Bərpa olunan energetika ilə bağlı beynəlxalq konfrans keçiriləcək

12-07-2016
Vyanada Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

Vyanada Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

12-06-2025
Nazirlikdə BƏT nümayəndəsi ilə görüş olub

Nazirlikdə BƏT nümayəndəsi ilə görüş olub

27-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə