Previous Next
Bağla

"Teknofest Azərbaycan" festivalında yeni nailiyyətlər nümayiş etdiriləcək

15-04-2022 17:35
 "Teknofest Azərbaycan" festivalında yeni nailiyyətlər nümayiş etdiriləcək

Xəbər verdiyimiz kimi, T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən təşkil olunan ‘’Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının 5-ci yubiley tədbiri bu il Bakıda keçiriləcək. 2021-ci ildən festivala qoşulan Azərbaycan həmin il milli pavilyonda 11 yerli şirkət və startapla təmsil olunub.

Xeberler.az bildirir ki, “Teknofest Azərbaycan” cari ilin 26-29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Türkiyəli tərəfdaşları ilə texnologiya sahəsində fəaliyyət göstərən minlərlə insanı öz ətrafına toplayacaq. “Teknofest Azərbaycan” çərçivəsində müxtəlif müsabiqələr, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku da təşkil olunacaq.

Festival çərçivəsində keçiriləcək sərgidə AMEA üçün geniş pavilyon ayrılıb. Bu məqsədlə Akademiyanın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC də “Teknofest Azərbaycan” çərçivəsində keçiriləcək sərgidə iştirak edəcək.

Bu barədə “Elm və Texnologiyalar Parkı” MMC-nin direktoru Zahir Nəsibov ətraflı məlumat verib.

O, bildirib ki, sərginin AMEA üçün ayrılmış pavilyonunda “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən hazırlanmış pilotsuz uçuş aparatlarının (PUA) təqdimatı keçiriləcək. Azərbaycanda aqrar sahədə innovasiyaların tətbiqi ilə bağlı görülən işlərdən danışan direktor qeyd edib ki, bu dronlar kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş həllərdir və multi-spektral kameralar vasitəsilə bitki örtüyünün, torpağın öyrənilməsini nəzərdə tutur.

Z.Nəsibov qeyd edib ki, bu həllər fermerlərin müasir innovasiya və texnologiyalardan istifadəsini daha da genişləndirəcək, eləcə də Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin keçirdiyi innovasiya sərgilərində təqdim olunacaq.

“Düşünürük ki, “Teknofest Azərbaycan”da təqdim olunacaq bu layihə müvafiq sahədə tədqiqatlar aparan, bitki və torpaq örtüyünü öyrənən nazirlik və təşkilatların da diqqətini cəlb edəcək və yeni fürsətlər açacaq”, – deyə müəsissənin direktoru vurğulayıb. Onun sözlərinə görə, bu kimi tədbirlər müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssisləri bir araya gətirməklə, ortaq innovativ layihələr həyata keçirməklə yeni həllərin yaradılmasına da böyük töhfələr verəcək.

Direktor bildirib ki, tədbirdə diqqət çəkən digər bir məqam da PUA və “Planer” müsabiqələrinin yalnız tələbələr arasında keçirilməsidir: “Bu, artıq onu göstərir ki, tədbirin təşkilatçıları Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən mütəxəssislərin mövcudluğundan xəbərdardır və sahənin genişlənməsi üçün gəncləri bu işlərə təşviq edir. Eyni zamanda, ümid edirik ki, bu tədbirdən sonra, ölkəmizdə dronlara sahib olmaq üçün qoyulan tələblər yumşaldılacaq və yerli istehsal üçün geniş imkanlar açılacaq”.

 

Z.Nəsibov hazırda AMEA-nın iki institutu ilə PUA-nın hazırlanması, təkmilləşdirilməsi və tətbiq sahələrinin genişləndirilməsi ilə bağlı layihələrin davam etdirildiyini bildirib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

17-05-2022

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

11-01-2022

Yüksək Texnologiyalar Parkı innovasiya festivalında təmsil olunub

29-04-2022

Akademik Əli Abbasov:”Festivalda sərgilənən PUA-nın real nümunəsinin hazırlanması üçün razılıq əldə olunub”

03-06-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

AMEA rəhbərliyi “Teknofest Azərbaycan” festivalında xüsusi pavilyona baxış keçirib

25-05-2022

AMEA “TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak edir

26-05-2022

"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

07-02-2022

“Təcrübə-Sənaye Zavodu” festivala rəqabətə dözümlü məhsullar təqdim edəcək

04-05-2022

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

Dövlət rəsmiləri “TEKNOFEST Azərbaycan”da AMEA pavilyonu ilə tanış olublar

27-05-2022

Radiasiya Problemləri İnstitutu festivalda 2 eksponatla təmsil olunacaq

20-04-2022

Azərbaycan və Türkiyə arasında texnologiya sahəsində əməkdaşlığı dərinləşəcək

01-06-2022

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

Azərbaycan Türkiyədə keçiriləcək Aerokosmik və Texnologiya Festivalına 11 startapla qatılacaq

27-08-2021

Robot-dezinfektor “Teknofest Azərbaycan”da nümayiş etdiriləcək

12-05-2022

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

Selçuk Bayraktar "TEKNOFEST Azərbaycan"la bağlı mətbuat konfransına qatılıb

07-02-2022

İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

06-09-2023

“TEKNOFEST Azərbaycan”la bağlı mətbuat konfransı keçirildi

07-02-2022

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə