Previous Next
Bağla

Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

17-05-2022 12:25
Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

AMEA Yüksək Texnologiyalar Parkı (YTP) “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə 4 rezident – “Elm və Texnologiyalar Parkı” MMC, “Beyt” MMC, “Təcrübə-Sənaye Zavodu” MMC, “Proline Chemicals” MMC və bir inkubator-rezident – “Troniq” MMC-nin təqdim etdiyi layihələrlə təmsil olunacaq.

Xeberler.az məlumat verir ki, bu barədə məlumat verən YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov Azərbaycanda yüksək texnologiyaların inkişafı sahəsində aparılan işlərin, əldə olunan uğurların “Teknofest Azərbaycan” kimi mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi üçün zəmin yaratdığını qeyd edib. O, bu istiqamətdə əldə olunan nailiyyətlərə YTP-nin də öz töhfəsini verdiyini diqqətə çatdırıb. Bildirib ki, rəhbərlik etdiyi texnopark ölkəmizdə innovativ texnoloji yeniliklərin inkişaf etdirilməsinə, cəmiyyətdə innovativ təşəbbüslərin artırılmasına və elmin kommersiyalaşdırılmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına hər zaman dəstək verir.

YTP-nin baş direktoru sərgidə AMEA-ya göstərilmiş böyük etimadın nəticəsi olaraq ayrılmış pavilyonda texnopark tərəfindən təqdim olunacaq innovativ nailiyyətlərdən, ən müasir texnoloji məhsullardan bəhs edib.

“Sərgidə təqdim ediləcək texnoloji məhsullarımız arasında kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatları, bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağları, “Smart” arı yeşikləri, LED lampa üçün diod və mikrosxemlər, müxtəlif növ robot texnikası, platalar, süni intellekt məhsulları yer alıb”, - deyə V.Abbasov bildirib.

O, Akademiyanın bir sıra institut və təşkilatları ilə birgə həyata keçirilmiş texnoloji layihələrin də festival çərçivəsində keçiriləcək sərgidə nümayiş olunacağını qeyd edib.

Baş direktor YTP-də istehsal olunan rəqabətədözümlü, intellektual texnoloji məhsulların akademiyanın elmi və istehsalat potensialının nümayişinə imkan verən bu sərginin iştirakçıları arasında böyük maraq doğuracağına inamını ifadə edib, bu məhsulların yüksək səviyyədə təqdim edilməsinin zəruri məsələlərdən olduğunu vurğulayıb. Qeyd edib ki, YTP bu işlərin uğurla həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rasim Əliquliyev: "Texnologiya festivalına ev sahibliyi etməyimiz Prezidentin siyasətinin nəticəsidir"

16-03-2022

“Təcrübə-Sənaye Zavodu” festivala rəqabətə dözümlü məhsullar təqdim edəcək

04-05-2022

Robot-dezinfektor “Teknofest Azərbaycan”da nümayiş etdiriləcək

12-05-2022

Haluk Bayraktar Yüksək Texnologiyalar Parkının innovativ məhsulları ilə yaxında tanış olub

27-05-2022

Azərbaycanlı alim Xəlil Kələntər AMEA Yüksək Texnologiyalar Parkının qonağı olub

04-05-2022

“Ağıllı” arı yeşiklərinin istehsalına başlanılıb

11-05-2022

Elmin İnkişafı Fondunun icraçı direktoru AMEA Yüksək Texnologiyalar Parkında olub

21-06-2022

AMEA Azərbaycan elmini yüksək səviyyədə təmsil etməyə hazırlaşır

25-05-2022

AMEA “TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak edir

26-05-2022

"Teknofest Azərbaycan" festivalında yeni nailiyyətlər nümayiş etdiriləcək

15-04-2022

Azərbaycan və Türkiyə arasında texnologiya sahəsində əməkdaşlığı dərinləşəcək

01-06-2022

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

05-07-2019

AMEA YTP fəaliyyətini genişləndirir

02-08-2017

Azərbaycan və Cənubi Koreyanın elm-texnologiya mərkəzləri Anlaşma Memorandumu imzalayıb

24-10-2023

AMEA YTP Türk Aviasiya və Kosmik Sənaye Şirkəti ilə əməkdaşlıq edəcək

31-05-2022

Radiasiya Problemləri İnstitutu festivalda 2 eksponatla təmsil olunacaq

20-04-2022

YTP mütəxəssisləri Gənclərin innovasiya düşərgəsi çərçivəsində təlimlər keçiblər

11-08-2022

Dövlət rəsmiləri “TEKNOFEST Azərbaycan”da AMEA pavilyonu ilə tanış olublar

27-05-2022

YTP-nin Elm və Təhsil Nazirliyinə verilməsi işləri fevralda yekunlaşacaq

06-02-2023

Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

08-08-2022

Akademik Əli Abbasov:”Festivalda sərgilənən PUA-nın real nümunəsinin hazırlanması üçün razılıq əldə olunub”

03-06-2022

AMEA rəhbərliyi “Teknofest Azərbaycan” festivalında xüsusi pavilyona baxış keçirib

25-05-2022

AMEA Yüksək Texnologiyalar Parkına yeni inkubator-rezident qəbul olunub

06-05-2022

YTP innovasiya sahəsində Koreya təcrübəsini tətbiq etmək niyyətindədir

24-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə