Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən gömrük postunda gömrük işçiləri Azərbaycan vətəndaşında bəyan edilməmiş iPhone 5S mobil telefon partiyası və onun aksesuarlarını aşkarlayaraq müsadirə edib.
Xeberler.az Report-a istinadən məlumat verir ki, Azərbaycan vətəndaşının əl yükü və baqajının yoxlanılması zamanı Rusiyadan gizli yolla 11 ədəd mobil telefon və onun aksesuarlarını (12 ədəd adapter (enerji toplayıcı) və 22 ədəd ötürücü - red.) çıxarmağa çalışdığı aşkarlanıb.
Bu məhsullar Rusiya Federal Gömrük Xidmətinin intellektual mülkiyyət obyektləri reyestrinə salınıb. İnzibati qayda pozuntusu və ekspertizanın nəticələrindən sonra müsadirə olunmuş telefonların saxta olub-olmaması təyin olunacaq.
Xeberler.az
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları