Previous Next
Bağla

Azərbaycan – Pakistan Texnologiya Forumu keçirilib

29-09-2022 16:53
Azərbaycan – Pakistan Texnologiya Forumu keçirilib

29 sentyabrda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və Pakistan Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) təşkilatçılığı ilə Azərbaycan – Pakistan Texnologiya Forumu keçirilib.

Xeberler.az bildirir ki, forumda hər iki ölkədən müxtəlif sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Azərbaycan və Pakistan arasında qarşılıqlı etimada, dəstəyə və faydalı əməkdaşlığa əsaslanan güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu, bu il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirib.

Nazir əlavə edib ki, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaradıcı və innovativ cəmiyyət”in qurulmasının zəruriliyi ifadə olunub. Bu vizyonu həyata keçirmək üçün bizə innovasiya ekosistemi lazımdır. İxtiralar olmadan isə yenilik mümkün deyil. Beləliklə, sağlam təməl üzərində universitetlərin tədqiqat və inkişaf imkanları ilə dəstəklənən, elm və texnologiyaya əsaslanan güclü sənayeyə ehtiyac var.

“Biz Pakistanın texnologiya şirkətlərini Azərbaycanda tədqiqat mərkəzləri yaratmağa dəvət edirik”, – deyə Rəşad Nəbiyev vurğulayıb.

Qeyd olunub ki, biznes imkanlarının araşdırılması davamlı bir prosesdir. Bu, müntəzəm məlumat mübadiləsini və biznes icmaları arasında birbaşa əlaqələrin təşviqini tələb edir. Azərbaycan – Pakistan Texnologiya Forumu bu cür məlumat mübadiləsini təşviq etmək və yeni işgüzar münasibətləri asanlaşdırmaq üçün effektiv platforma rolunu oynayacaq.

Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye, PAKAZCHAM-ın prezidenti Xürrəm Bhatti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Pakistan Proqram İxrac Şurasının Kommersiya direktoru Zeeşan Rehman Xattak çıxış edib.

Tədbir çərçivəsində Azərbaycan və Pakistanın texnologiya şirkətləri tərəfindən təqdimatlar nümayiş olunub.

Forum B2B və B2G formatında görüşlərlə davam edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazir Rəşad Nəbiyev Pakistanın dövlət naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Pakistanın dövlət naziri ilə görüşüb

24-02-2023
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021
Pakistan Azerspace-1 peykindən istifadə etmək istəyir

Pakistan Azerspace-1 peykindən istifadə etmək istəyir

13-02-2017
Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

21-09-2022
Rəşad Nəbiyev Pakistanın naziri ilə görüş keçirib

Rəşad Nəbiyev Pakistanın naziri ilə görüş keçirib

18-11-2025
Pakistanda “ASAN xidmət”in tətbiqi üzrə əməkdaşlığa dair Saziş təsdiqlənib

Pakistanda “ASAN xidmət”in tətbiqi üzrə əməkdaşlığa dair Saziş təsdiqlənib

04-11-2025
Nazir Pakistanın aparıcı İT şirkətlərinin rəhbərləri ilə görüşüb

Nazir Pakistanın aparıcı İT şirkətlərinin rəhbərləri ilə görüşüb

18-07-2023
Avstriya və Azərbaycan biznes dairələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib

Avstriya və Azərbaycan biznes dairələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib

12-06-2025
Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

16-05-2022
Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

15-01-2026
"ASAN Xidmət" modelinin Pakistanda da həyata keçirilməsi müzakirə edilib

"ASAN Xidmət" modelinin Pakistanda da həyata keçirilməsi müzakirə edilib

01-09-2025
“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

19-05-2026
Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək

Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək

11-09-2025
Ramin Quluzadə Pakistan səfirinə Ermənistanın son hərbi təxribatlardan danışıb

Ramin Quluzadə Pakistan səfirinə Ermənistanın son hərbi təxribatlardan danışıb

30-10-2020
Şuşada 6-cı ECO biznes forumu keçirilib

Şuşada 6-cı ECO biznes forumu keçirilib

02-07-2025
Nazir Rəşad Nəbiyev İsrailin elm və texnologiya naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev İsrailin elm və texnologiya naziri ilə görüşüb

08-04-2025
KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023
BDU tələbələri "FICS 2025" startap müsabiqəsinin qalibi olub

BDU tələbələri "FICS 2025" startap müsabiqəsinin qalibi olub

29-05-2025
Pakistan fəzaya kosmonavt göndərəcək

Pakistan fəzaya kosmonavt göndərəcək

10-08-2019
Qazaxıstan–Azərbaycan Biznes Forumu keçirilib

Qazaxıstan–Azərbaycan Biznes Forumu keçirilib

22-10-2025
Şuşada İƏT biznes forumu keçiriləcək

Şuşada İƏT biznes forumu keçiriləcək

30-06-2025
Prezident: İslamabadda "ASAN xidmət"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

Prezident: İslamabadda "ASAN xidmət"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

23-03-2026
Azərbaycan Paktistanla birgə İKT Təlim Mərkəzi açır

Azərbaycan Paktistanla birgə İKT Təlim Mərkəzi açır

19-07-2023
Pakistanda yaşıl texnologiyalar əlçatan deyil

Pakistanda yaşıl texnologiyalar əlçatan deyil

04-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə