Previous Next
Bağla

Mobil rabitə xidmətlərinə lisenziya şərtləri dəyişilib

11-12-2015 18:12
Mobil rabitə xidmətlərinə lisenziya şərtləri dəyişilib

Azərbaycan Nazirlər Kabineti “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişikliklər edib.

Xeberler.az-ın məlumatına görə, dəyişikliklər rabitə xidmətlərinə lisenziya verilməsi üçün əlavə şərtlərlə əlaqədardır.

Bu Qaydada 3-cü nəsil (3G) mobil rabitə xidmətlərinə lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər də yer alıb.  İndiyə qədər 3-cü nəsil (3G) mobil rabitə xidmətləri sahəsində fəaliyyət üçün lisenziya almaqla bağlı şəbəkənin istismara verilməsi mərhələləri barədə məlumat, şəbəkədə istifadə olunacaq avadanlıqların texniki xarakteristikası barədə məlumat, təşkil olunacaq xidmətlərin növləri və əhatə dairəsi barədə məlumat, 3G eksperimental zonasının yaradılması təcrübəsi barədə məlumat və Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən təsdiq edilmiş ”Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planı”na uyğun olaraq radiotezliklərdən istifadənin mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi tələb olunub.

Dəyişikliyə əsasən Qaydadan “3-cü nəsil (3G) mobil rabitə xidmətləri” ifadəsi ümumiyyətlə çıxarılıb və bu, “sellülar (mobil) - (texnoloji standartın adı göstərilməklə) rabitə xidməti” ifadəsi ilə əvəzlənib. Bununla əlaqədar tələb edilən şərtlərdən biri - 3G eksperimental zonasının yaradılması təcrübəsi barədə məlumatın tələb olunması siyahıdan çıxarılıb. 

Digər dəyişikliyə əsasən sellülar (mobil) - (texnoloji standartın adı göstərilməklə) rabitə xidməti üçün lisenziya alınması üçün şəbəkənin istismara verilməsi mərhələləri barədə məlumat deyil, tətbiq ediləcək texnoloji standart üzrə şəbəkənin istismara verilməsi mərhələləri barədə məlumat və qeyd olunan mərhələlər üzrə işlərin başa çatdırılması barədə zəmanət tələb olunacaq.

 Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell” və “Bakcell” şirkətlərinin də 3G lisenziyası alması məsələsinə baxılacaq”

02-12-2009

“Azercell Telekom” şirkətinə 3G lisenziyası veriləcək”

11-12-2009

Azərbaycanda 3G texnologiyasının tətbiqi üçün tələb olunan əlavə şərtlər təsdiqlənib

16-09-2009

Mobil rabitə xidmətlərinə lisenziya 10 illik müddətə veriləcək

02-03-2017

Azərbaycanda 3G şəbəkəsinin tam fəaliyyətə başlaması ilin sonunadək gözlənilir

03-11-2009

Cari ilin dekabr ayında Azərbaycanda 3G şəbəkəsinin tam fəaliyyətə başlaması gözlənilir

05-11-2009

Rabitə xidmətlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği bəlli olub

22-12-2015

Mobil operatorlarla Nazirlik arasında yeni lisenziya müqaviləsi imzalanacaq

16-09-2015

NRYTN mobil rabitə operatorlarının müvafiq lisenziyalarının müddətini uzadıb

09-09-2021

Azərbaycanda biometrik texnologiyalar üzrə lisenziyaların verilməsi RİTN-ə həvalə olunub

03-12-2008

Mobil rabitə xidmətləri göstərmək üçün 1 milyon ödəniləcək

01-02-2017

Azərbaycanın mobil rabitə operatorları 3G lisenziyası almaq üçün ərizə veriblər

14-10-2009

“Lisenziyalar və icazələr” portalı üzərindən 4 mindən çox lisenziya verilib

23-08-2023

“Elektron lisenziya” portalı nə vaxt istifadəyə veriləcək?

19-10-2015

Dövlət orqanlarının lisenziya vermək səlahiyyəti saxlanılıb

15-01-2016

Bütün lisenziyalar ASAN xidmət-də veriləcək - Yenilənib

19-10-2015

“Starlink”in Ermənistanda fəaliyyətinə lisenziya verilib

13-12-2024

Sahibkarlara lisenziyaların verilməsi davam etdirilir

18-11-2015

Sahibkarlara lisenziyaların verilməsi davam edir

10-11-2015

Nazirliyin e-xidmətlərdən birinin fəaliyyəti dayandırılıb

27-10-2015

Azərbaycanda 3G xidmətlərinin tətbiqi

13-12-2008

Sahibkarlar lisenziya və icazələr almaq üçün necə elektron müraciət etməlidirlər?

23-08-2023

1 milyonluq rüsumu hansı mobil operator ödəməlidir?

23-02-2017

Bərdədə sahibkarlara lisenziyalar verilib

23-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə