"Azərbaycanda "Elektron hökumət” üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir

20-10-2013 / 16:13

"Azərbaycanda "Elektron hökumət” üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir. Layihənin icrası məqsədilə hazırda Bakı şəhərində təlim mərkəzi üçün 1 mühazirə, 2 kompüter sinfi və 1 multimedia otağından ibarət yer ayrılıb. Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəkidəki 14 telekommunikasiya qovşağının inzibati binasında isə mərkəz üçün ayrılmış otaqlar təmir edilərək istifadəyə hazır vəziyyətə gətirilib.

 "Azərbaycanda "Elektron hökumət” üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə "Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Qrant razılaşması” Nazirlər Kabinetinin sərəncamına əsasən, 15.05.2013-cü il tarixindən qüvvəyə minib.

Layihə çərçivəsində Bakı şəhərində və Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəki daxil olmaqla on beş bölgədə təlim mərkəzlərinin yaradılması, mərkəzlərdə Koreya mütəxəssisləri tərəfindən xüsusi təhsil informasiya sistemi quraşdırılması və zəruri avadanlıqlarla təmin olunması nəzərdə tutulur.

Dövlət qulluqçuları bu mərkəzlərdə bilavasitə təlim kurslarında iştirak edə biləcək, eyni zamanda mərkəzin distant təhsil xidmətlərindən yararlanacaqlar. Layihə çərçivəsində təlim mərkəzinin fəaliyyətinin təşkili, elektron təlim materiallarının hazırlanması üzrə təcrübə əldə etmək üçün yerli mütəxəssislər Koreyada təlim kursları keçəcəklər.

Azərbaycanda ”Elektron hökumət” üçün təlim mərkəzinin yaradılması dövlət qulluqçularına İKT-nin tətbiqi sahəsində yeni praktik bilik və bacarıqların əldə edilməsinə imkan yaradacaq. Mərkəz dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində e-hökumət ideyalarının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin ümumi səviyyəsinin yüksəldilməsinə, elektron xidmətlərin artmasına xidmət edəcək. (rabita.az)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə