Previous Next
Bağla

Azərbaycanda torpaqların qiymətləndirilməsi elektron formada aparılır

01-03-2013 11:24
Azərbaycanda torpaqların qiymətləndirilməsi elektron formada aparılır
Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq İdarəetmə Komitəsinin rəsmi saytında Azərbaycan Respublikasının Qlobal Xəritəsinin 2-ci versiyası istifadəyə verilib. Artıq bütün dünya üzrə istifadəçilər 2012-ci ilin oktyabrından Azərbaycan Respublikasının açıq geoməkan məlumatlarından yararlana bilməsi üçün tam şərait yaradılıb.
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən (DTXK) məlumat verilib. Komitədən bildirilib ki, bu illər ərzində DTXK tərəfindən aparılan işlər nəticəsində olduqca böyük həcmdə aktual coğrafi informasiya toplanıb:
«Hazırda bizim qarşımızda duran ən mühüm məsələlərdən biri toplanmış məkansal məlumatların düzgün strukturlaşdırılmasının, ondan istifadənin sadələşdirilməsi və paylanmasının yeni formalarının işlənib hazırlanmasıdır. Bununla əlaqədar komitənin beynəlxalq qurum və təşkilatlarla əlaqələri durmadan genişlənir». Ötən il Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» üzrə respublikanın 34 rayonunda 1709,8 min nöqtədə torpaqların texniki uçotunun elektron formatda işlənib xəritələşdirilməsi, respublikanın 26 rayonunda torpaqların iqtisadi qiymətləndirilməsinin elektron formatda işlənib xəritələşdirilməsi üçün isə 562 obyekt üzrə işlər həyata keçirilib.
Bu siyahıda olan rayonlara Yevlax, Ağdaş, Ağsu, Abşeron, Ağcabədi, Beyləqan, Cəlilabad, Şabran, Xaçmaz, Goranboy, Qəbələ, Masallı, Şəmkir, Şəki, Tovuz, Zərdab, Zaqatala, Kürdəmir, Siyəzən, Lənkəran, Yardımlı, Quba, Şamaxı, Samux, İmişli, Füzuli, Tərtər, Balakən, Qazax, Saatlı, Daşkəsən, İsmayıllı, Qobustan və Qusar daxildir. Komitədən bildirilib ki, inzibati rayonlar üzrə elektron (rəqəmli) torpaq-kadastr xəritələrinin hazırlanması üçün elektron taxeometr və GPS alətlərini tətbiq etməklə 17 rayon 83 inzibati ərazi dairələri üzrə elektron (rəqəmli) torpaq-kadastr xəritələrinin tərtibi üçün planlama işləri aparılıb.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş torpaqların əkinə yararlılığı barədə məlumatlara uyğun olaraq bu ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirildikdən sonra, iri taxılçılıq təsərrüfatlarının yaradılması (təşkili) işlərinə başlanılacaqdır:
«Ötən ildə Azərbaycan Respublikasının Hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən "Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi üzrə müvafiq işlər davam etdirilib. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin texniki dəstəyi ilə və nəzarəti altında ölkə ərazisində Daimi Fəaliyyət Göstərən Peyk Geodeziya Şəbəkəsinin qurulması işləri tamamlanıb. Respublikamızın xüsusi seçilmiş yerində 37 ədəd Peyk Geodeziya Stansiyaları qurulub. Hazırda həmin stansiyalarda test ölçülər aparılır». Seymur 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünya Bankı Peyk Geodeziya Mərkəzinin yaradılmasına 38 milyon dollar ayırıb

12-02-2009

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015

Dövlət torpaqları haqqında axtarış sisteminə 15 minədək məlumat yerləşdirilib

06-03-2009

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018

Elmi seminarda torpaqların elektron xəritələşməsinə dair məruzə edilib

09-11-2018

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018

İKT xidmətləri üzrə milli təsnifatın layihəsi hazırlanıb

06-06-2010

Naxçıvanda torpaqların elektron qeydiyyatı aparılır

31-10-2015

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

21-04-2014

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018

35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

23-05-2019

"Azərbaycanda "Elektron hökumət” üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir

20-10-2013

“Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir

20-12-2013

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019

"Elektron-hökumət" üzrə Təlim Mərkəzinin yaradılması başa çatmaq üzrədir.

28-08-2014

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə