Previous Next
Bağla

Azərbaycanda halal internet problemi : 2020-ə qaldı...

27-11-2018 10:03
Azərbaycanda halal internet problemi : 2020-ə qaldı...

Hazırda virtual məkan gündəlik həyatımızın bir parçasına çevrilib. Həm böyüklər, həm də uşaqlar smartfonlar və digər rəqəmsal texnologiyalardan istifadə edir, internet, sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Ona görə də internetin müsbət və mənfi təsirlərini bilmək və uşaqlara internetdən səmərəli və təhlükəsiz istifadə qaydalarını öyrətmək olduqca önəmlidir.

Valideynlər isə övladlarına internetdən səmərəli istifadə etməyi öyrətmək əvəzinə, onların virtual məkanda vaxt keçirməsini məhdudlaşdırmağa çalışır. Aydındır ki, uşaqlara hər zaman nəzarət etmək, onların internetdən necə istifadə etdiyini dəqiq bilmək çətindir. Ona görə, əksəriyyət ölkədə fəaliyyət göstərən internet provayderlərin məhdud və təhlükəsiz internet təklif etməsinin tərəfdarıdır. Bəs Azərbaycanda, əsasən uşaqlar üçün nəzərdə tutulan “halal internet” varmı?

Xeberler.az  bildirir ki, bu barədə Modern.az-a "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb. O qeyd edib ki, hökumət bu həssaslığı nəzərə alaraq, son illərdə qanunvericiliyin təkmilləşdirilməsinə çalışır:

“Təhsil müəssisələrində bu problem həll olunub. Orta və ali məktəblərdə, digər təhsil müəssisələrində elektron cihazlara internet bir nöqtədən daxil olur. Həmin nöqtəyə müvafiq süzgəc qoyulub. Qanunvericiliyə uyğun, uşaqlara çatdırılması qadağan edilən informasiyalar həmin cihazlara daxil olmur.

Buna baxmayaraq, internet klublar, evlərdə istifadə olunan fərdi kompüterlər hələ də nəzarətsizdir. Ona görə, valideynlərə kömək məqsədi ilə müvafiq qanunlar, müddəalar hazırlandı. “Kommunikasiya haqqında” qanunda və uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı müddəalarda qeyd olunur ki, internet xidmətlərini təklif edən provayderlər validyenin arzusu ilə ona “halal internet” xidməti göstərməyə borcludurlar. Amma bu qanunun tətbiqi 2020-ci ilə qədər uzadılıb. Güman edirəm ki, yeni qaydaların tətbiqi internet provayderlərin tələb olunan məsələlərlə bağlı hazırlığı üçün uzadılıb. Provayderlər düşünür ki, valideynlərə “halal internet”i necə verək? Azərbaycanda bir neçə internet provayder uşaqlar üçün təhlükəsiz internet təmin edə bilirlər. Onlar əlavə texnologiya və ya müqavilələrin köməyi ilə bunu reallaşdırırlar. Əksər internet təminatçılarında isə bu sistemlər yoxdur”.

Mütəxəssis xatırladıb ki, uşaqları zərərli informasiyalardan qorumaq tək valideynin borcu deyil:

“Müvafiq təşkilatlar, Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ictimai qurumlar və internet provayderlər birlikdə hərəkət edərək, bu istiqamətdə tədbirlər görməlidirlər”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: "Halal internet" və uşaqların təhlükəsizliyi necə tənzimlənməlidir?

Ekspert: "Halal internet" və uşaqların təhlükəsizliyi necə tənzimlənməlidir?

10-09-2021
Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019
Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

Dövlət provayderi uşaqların qorunması xidmətini pullu edib

01-06-2018
Provayderlər "halal internet" xidməti göstərməyə hazır olmalıdır

Provayderlər "halal internet" xidməti göstərməyə hazır olmalıdır

04-10-2019
Uşaqların internet təhlükəsizliyini necə təmin etməliyik?

Uşaqların internet təhlükəsizliyini necə təmin etməliyik?

01-06-2016
Təklif: İnternet klublarda uşaqlar üçün xüsusi kompüter ayrılsın

Təklif: İnternet klublarda uşaqlar üçün xüsusi kompüter ayrılsın

06-03-2017
Uşaqların internet təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi hazırlanır

Uşaqların internet təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi hazırlanır

27-09-2016
Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

Məktəblilər Bakcell-in Təhlükəsiz İnterneti ilə tanış olublar

22-06-2018
Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

14-02-2019
Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

07-01-2019
İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

05-08-2019
Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur

Bakcell və ENGINET uşaqları internetdəki arzuolunmaz məzmundan qoruyur

05-06-2018
İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018
İranda “halal internet” şəbəkəsi istifadəyə verilir

İranda “halal internet” şəbəkəsi istifadəyə verilir

16-04-2011
Uşaqların internetdən istifadəsi  ilə bağlı yeni xidmət-Foto

Uşaqların internetdən istifadəsi ilə bağlı yeni xidmət-Foto

19-05-2016
Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

26-10-2015
“Məktəb ətrafında olan İnternet klublar nəzarətə götürülüb”

“Məktəb ətrafında olan İnternet klublar nəzarətə götürülüb”

08-07-2015
Bu gün “Uşaqların internetdə təhlükəsizliyi” adlı layihənin təqdimati keçirilib

Bu gün “Uşaqların internetdə təhlükəsizliyi” adlı layihənin təqdimati keçirilib

25-11-2008
Informatika müəllimləri üçün təlim keçirilib

Informatika müəllimləri üçün təlim keçirilib

18-01-2020
Təhlükəsiz İnternet Günü: internetdə təhlükəsiz fəaliyyət üçün onlayn oyun

Təhlükəsiz İnternet Günü: internetdə təhlükəsiz fəaliyyət üçün onlayn oyun

10-02-2010
Uşaqları gözləyən yeni təhlükə - “Halal internet”

Uşaqları gözləyən yeni təhlükə - “Halal internet”

04-09-2020
 Cisco Qarabağda aparılan quruculuq işlərinə maraq göstərir

Cisco Qarabağda aparılan quruculuq işlərinə maraq göstərir

26-12-2022
Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020
Uşaqların internet dünyası araşdırıldı

Uşaqların internet dünyası araşdırıldı

07-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə