Previous Next
Bağla

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018 15:59
Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

İdeyadan Biznesə layihəsi çərçivəsində  təşkil olunan  növbəti startap turu Gəncədə Azərbaycan Texnologiya Universitetində baş tutub.  

Xeberler.az  bildirir ki, startap turunda Azərbaycan Texnologiya Universiteti ilə yanaşı, Gəncə Dövlət Universitetinin tələbələri  də  iştirak edib. Gəncə startap turuna 250-yə qədər tələbə və gənclər qatılıb. Tədbirin informativ hissəsində tələbələrə “İdeyadan Biznesə” layihəsi çərçivəsində reallaşdırılan startap turları barədə ətraflı məlumat verilib. Bildirilib ki, “İdeyadan Biznesə” layihəsinin məqsədi startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək verməkdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və  “Microsoft” şirkəti ilə birgə həyata keçirdiyi layihənin əsas tərəfdaşı “Azercell” şirkətidir. Tədbirin interaktiv hissəsində iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.

Təlimdən sonra peşəkar mentorlar tərəfindən ideyası olan iştirakçılardan ibarət 8 komanda formalaşdırılıb və onlar müsabiqəyə hazırlanıb. Həmin layihələrin hər birinin ayrı-ayrılıqda, “Kanvas” modelinə əsasən, biznes sxemləri hazırlanıb. Qeyd edək ki, bu model sadə və unikal olduğu üçün sahibkarlıq sahəsində  iş planlarının hazırlanmasında çox mühüm yer tutur.
 
Daha sonra komandalar 3 dəqiqə ərzində öz layihələrini  münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflər layihələri “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” kriteriləri üzrə qiymətləndiriblər. Müsabiqədə I, II və III yerlərin sahibləri  müvafiq olaraq “Sağlam addımlar”, “Səbət”,  “Virtual Gəncəbasar”  layihələri olub. Tədbirin yekununda qaliblər mükafatlandırılıb və Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıblar.

Startap turlarının qaliblərinin yarışacağı Milli Final 26-30 oktyabr tarixlərində  ilk dəfə olaraq Bakıda təşkil olunan “İnnovasiyalar həftəsi” çərçivəsində keçiriləcək.  Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi- konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə edəcəklər. Sərgi-konfransın keçiriləcəyi 4-7 dekabr tarixinədək qaliblər layihələrinin prototipini hazırlamalıdırlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Növbəti startap turunun qalibləri bəlli olub

03-10-2018

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018

İdeyadan biznesə startap turları başlayır

15-09-2018

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018

Növbəti startap turu Sumqayıtda keçiriləcək

19-09-2018

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

İdeyadan Biznesə startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12-10-2018

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

İdeyadan Biznesə layihəsinin ilk düşərgəsi Şəkidə təşkil olunub

01-10-2018

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

27-10-2018

Bakı və regionlarda startap turlarına başlanır

15-02-2018

“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

14-12-2020

İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

19-10-2019

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə