Previous Next
Bağla

“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

24-10-2019 14:47
“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib.

Xeberler.az bildirir ki, “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində təşkil olunmuş mükafatlandırma mərasimində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu axşam möhtəşəm məkanda ilk dəfə olaraq Azərbaycan İnnovasiya Mükafatı təqdim olunur. Mükafat Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən innovasiya ekosisteminin iştirakçılarını dəstəkləmək məqsədilə təsis olunub.

Nazir müavini qeyd edib ki, müsabiqəni təşkil etməklə nazirlik İT sahəsində mütəxəssislərin yetişdirilməsinə, startapların, innovasiya ekosisteminin inkişafına töhfə vermiş olur. Bu növ müsabiqələr innovasiyalarla yanaşı, biznes proseslərin təşkilinə də yol açır ki, bu da ölkə iqtisadiyyatının inkişafına birbaşa müsbət təsir edir. Elmir Vəlizadə çıxışının sonunda bütün nominantlara və müsabiqəyə qoşulan hər kəsə uğurlar arzu edib.

Sonra “İlin innovasiya ekosistemi təmsilçisi”, “İlin innovasiya layihəsi”, “İlin innovasiya tədbiri”, “İlin influenseri” və “İlin startapı” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

“İlin innovasiya ekosistemi təmsilçisi” “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzi seçilib. Mükafatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov təqdim edərək mərkəz əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“İlin innovasiya layihəsi” adına “STEM Azərbaycanda” layiq görülüb. Mükafatı layihə müəllifinə Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov təqdim edib.

“İlin innovasiya tədbiri”ni Təhsil nazirinin müavini Firudin Qurbanov elan edib. Bu nominasiya üzrə qalib “Azercell” rebrendinqi olub.

“İlin influenseri” seçilmiş Fəridə Əsgərzadəni Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev mükafatlandırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “İlin startapı”nın “Keepface” platforması olduğunu elan edərək layihəyə uğurlar arzulayıb.

Mükafatçıların adı açıqlandıqdan sonra tədbir bədii hissə ilə davam edib. Qeyd edək ki, İnnovation Awards Gala” mükafatlandırma mərasimi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində təşkil edilib.

“InnoWeek – İnnovasiya həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

INNOLAND İlin innovasiya ekosistemi təmsilçisi seçilib

24-10-2019

“Azərbaycan İnnovasiya Mükafatı”nı qazanmaq istəyənlər üçün müraciətlərin qəbuluna başlandı

26-08-2020

Azercell İlin innovasiya tədbiri nominasiyasında qalib gəlib

25-10-2019

İnnovasiya Mükafatı müsabiqəsində iştirak üçün müraciətlərə başlanıb

08-10-2019

İnnovasiya həftəsi çərçivəsində Eurasia Innovation Day keçirilir

23-10-2019

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

“World Net Summit” beynəlxalq onlayn konfransında Selcuk Bayraktar çıxış edəcək

18-12-2020

İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa keçirilib

23-10-2019

“IDDA Awards 2023”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

01-12-2023

“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması təsis edilib

16-12-2020

Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər gözlənilir

12-12-2020

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

17-12-2020

“InnoWeek – İnnovasiya həftəsi”nin ilk tədbiri keçirildi

14-12-2020

Jurnalistlər üçün “Innoweek – İnnovasiya həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olunub

09-12-2020

Elmir Vəlizadə "Caspian Business Award 2020" mükafatına layiq görülüb

24-12-2020

Jurnalistlər üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb

29-12-2020

Bakutel 2019 çərçivəsində Danışan məktub filminin təqdimatı keçirilib

07-12-2019

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016

Azərbaycanda "İnnovasiyalar Həftəsi" keçiriləcək

23-09-2020

Azerbaijan Digital HUB Eurasia İnnovation Day tədbirində təqdim olunub

24-10-2019

Nazir: Ermənistan bölgədə innovasiyaların inkişafına mane olur

03-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə