Previous Next
Bağla

Ümumdünya Kosmos Həftəsi başlayıb

05-10-2022 14:47
Ümumdünya Kosmos Həftəsi başlayıb

Bakı, 5 oktyabr 2022 – Azərbaycanda Ümumdünya Kosmos Həftəsinin açılış mərasimi olub.

Ümumdünya Kosmos Həftəsi 4 – 10 oktyabr tarixlərində keçirilir. Yerli təşkilatçı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosdur.

Xeberler.az bildirir ki, açılış mərasimində Elm və Təhsil Nazirliyi, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan – Fransız Universiteti, Xəzər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və digər ali təhsil müəssisələrinin rəsmi nümayəndələri iştirak ediblər.

Ümumdünya Kosmos Həftəsinin keçirilməsində məqsəd kosmos və bu sahədə təhsilin əhəmiyyəti barədə ictimaiyyətdə məlumatlılığı artırmaq, davamlı iqtisadi inkişaf üçün məsafədən müşahidə peyklərindən istifadəni təşviq etmək, gənclər arasında elm, texnologiya və mühəndislik sahəsinə marağı yüksəltməkdir.

“Əminəm ki, Ümumdünya Kosmos Həftəsi çərçivəsində keçirdiyimiz tədbirlər sayəsində cəmiyyətimiz kosmosun vacibliyi və kosmosdan əldə etdiyimiz faydalar haqqında daha çox məlumatlı olacaq”, – deyə Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov bildirib.

Qonaqlar daha sonra “Azersky” peykinin təsvirlərindən ibarət qalereya ilə tanış olublar.

Azərkosmos bu həftə ərzində ali təhsil müəssisələri, ABŞ-nin Azərbaycandakı Səfirliyi, “Tusi Bohm Planetarium”un dəstəyi ilə ölkədə ilk dəfə silsilə tədbirlər keçirəcək. Məktəblilərlə görüşlər, universitetlərdə seminar və sərgilər təşkil olunacaq. Tədbirlər zamanı Azərbaycanın kosmik sahədə gördüyü işlər, peyk layihələri, Azərkosmosun təhsil sahəsində həyata keçirdiyi təşəbbüslər, 2023-cü ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinin ölkə üçün əhəmiyyəti barədə təqdimatlar nümayiş olunacaq.

Ümumdünya Kosmos Həftəsi çərçivəsində keçiriləcək tədbirlərin siyahısı ilə keçidə daxil olaraq tanış olmaq mümkündür.

Qeyd edək ki, Ümumdünya Kosmos Həftəsi hər il 4 – 10 oktyabrda dünyanın bir çox ölkəsində təntənəli şəkildə qeyd olunur.

Kosmos Həftəsi üçün bu tarixlərin seçilməsi 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peyki olan “Sputnik-1” peykinin orbitə çıxarılması, dövlətlərin Ay və digər səma cisimlərinin öyrənilməsi və onlardan istifadə edilməsi üzrə fəaliyyət prinsipləri haqqında 10 oktyabr 1967-ci il tarixində imzaladıqları müqavilənin qüvvəyə minməsi ilə əlaqədardır. Bu barədə qərar 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında qəbul edilib.

Azərbaycan Ümumdünya Kosmos Həftəsi təşəbbüsünə 2015-ci ildə qoşulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçiriləcək

19-09-2025

Peyk texnologiyalarının nəqliyyatın idarə olunmasında rolu müzakirə olunub

16-10-2023

Bu il Ümumdünya Kosmos Həftəsi “Kosmos və iqlim dəyişmələri” mövzusuna həsr olunub

05-10-2024

Azərkosmosun əməkdaşı Beynəlxalq Kosmos Hüququ İnstitutuna üzv seçilib

12-10-2022

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

23-09-2022

Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

01-11-2021

BMU tələbələri rəqəmsal innovasiyalar hakatonunda uğur qazanıblar

14-10-2024

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018

NASA, Airbus nümayəndələri Azərbaycana gəlir

09-02-2023

Azərbaycan 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

19-09-2022

Azərkosmosun sədr müavini Dunay Bədirxanov gənc kosmik lider seçilib

29-04-2022

"Azərkosmos": Azərbaycanlı məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq

08-10-2024

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc təmsil edəcək

07-10-2024

“Kosmos və iqlim dəyişikliyi” mövzusunda tədbir keçirilib

09-10-2024

Azərbaycanda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçiriləcək

30-03-2023

Beynəlxalq Astronavtika Konqresinə rekord sayda elmi iş təqdim olunub

16-03-2023

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

Bakı Avropa Liseyində məktəblilərin astronavtlarla görüşü keçirilib

06-10-2023

İnformatika olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb

13-03-2026

26 Noyabr - Ümumdünya İnformasiya Günüdür

26-11-2024

“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə başlanılıb

11-06-2025

4SİM yerli universitetlər üçün infosessiya keçirib

03-10-2025

Türkiyənin ilk yerli süni peyki kosmosa buraxılıb

23-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə