Previous Next
Bağla

Azərbaycan və Türkiyə kosmik tədqiqatlarda əməkdaşlıq edəcək

21-05-2015 15:15
Azərbaycan və Türkiyə kosmik tədqiqatlarda əməkdaşlıq  edəcək

Dünən “Azərkosmos” ASC-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) və Türkiyə Elmi və Texnoloji  Araşdırmalar Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) Kosmos Texnologiyaları Araşdırma İnstitutunun (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) təmsilçiləri arasında  üçtərəfli  görüş keçirilib.

ASC-dən Xebrler.az-a verilən məlumata görə, görüşdə Fondun və TÜBİTAK UZAY-ın rəsmilərinə “Azərkosmos” ASC, Azerspace-1 peyki və onun texniki xüsusiyyətləri, Azersky peykinin tətbiq sahələri və növbəti peyk layihələri haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, görüşdə  ölkəmiz üçün kosmik sənayenin inkişafının əhəmiyyətindən və bu sahədə Elmin İnkişafı Fondunun kosmos tədqiqatları sahəsində  yerli kadr hazırlığına  xüsusi  önəm verməsi də qeyd olunub.

Qeyd edək ki, hazırda Azərkosmos ASC-də peyk mühəndisi vəzifəsində çalışan Ağasif Ələkbərov Elmin İnkişaf Fondunun 6-cı Mobillik Qrantının qalibi olub və Fondun dəstəyi ilə  TÜBİTAK UZAY-da  təşkil olunmuş təcrübə proqramında  iştirak edib.

Üçtərəfli əməkdaşlıq çərçivəsində keçirilmiş görüşdə, TÜBİTAK UZAY-ın nümayəndələri   Rasat peykinin əməliyyat seqmentləri, kosmos və astronomiya tədqiqatları, TÜBİTAK UZAY-ın peyk layihələri mövzusuna həsr olunmuş  təqdimatlar ediblər.

Görüşün sonunda ən son texnoloji vasitələrə, müasir təchizata və yüksək təcrübəli alim və mühəndis heyətinə malik olan TÜBİTAK UZAY, elmi və digər qurumların (dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və s.) elmi fəaliyyətini stimullaşdıran və onlara əlavə yaradıcılıq imkanı yaradan Elmin İnkişafı Fondu və  “Azərkosmos” ASC arasında peyklərin idarəolunması istiqamətində, kosmik tədqiqatlar sahəsində Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə layihələrinin  təşkil olunmasına, onların dəstəklənməsinə və gələcəkdə əməkdaşlığın inkişafına dair razılıq əldə olunub.

 Məltəm Talıbzadə 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərkosmos  yeni   tədqiqatlar üçün  anlaşma memorandumu imzalayıb

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015
 Azərkosmos Türkiyə ilə əməkdaşlığı möhkəmləndirir

Azərkosmos Türkiyə ilə əməkdaşlığı möhkəmləndirir

13-06-2016
Azərbaycan Türkiyə ilə elm və texnologiya sahəsində saziş imzaladı

Azərbaycan Türkiyə ilə elm və texnologiya sahəsində saziş imzaladı

01-06-2015
NASA astronavtları Türkiyədə təlim keçiblər

NASA astronavtları Türkiyədə təlim keçiblər

04-06-2026
Azerspace-1 peykinin şəkilləri teleskop ilə çəkiləcək

Azerspace-1 peykinin şəkilləri teleskop ilə çəkiləcək

16-04-2016
AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022
Azərbaycan və Qazaxıstan mütəxəssisləri birgə layihələr hazırlayacaq

Azərbaycan və Qazaxıstan mütəxəssisləri birgə layihələr hazırlayacaq

20-10-2015
\"CanSat Azərbaycan 2019\" tələbə model peyk müsabiqəsinin final mərhələsi olub

\"CanSat Azərbaycan 2019\" tələbə model peyk müsabiqəsinin final mərhələsi olub

29-06-2019
Azərkosmos ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər

Azərkosmos ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər

13-10-2018
Yay məktəbinin tələbələri Azərkosmos-da olub

Yay məktəbinin tələbələri Azərkosmos-da olub

04-06-2015
 Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018
Xüsusi Rabitə vXRİTDX ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir

Xüsusi Rabitə vXRİTDX ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir

25-01-2023
"Azərkosmos" və Braziliya Kosmik Agenliyi Anlaşma Memorandumu imzalayıblar

"Azərkosmos" və Braziliya Kosmik Agenliyi Anlaşma Memorandumu imzalayıblar

06-10-2023
Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib

Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib

24-07-2018
 Türkiyə dünyada rabitə peyki istehsal edə bilən 10 ölkə arasında olacaq

Türkiyə dünyada rabitə peyki istehsal edə bilən 10 ölkə arasında olacaq

11-08-2023
“Azərkosmos”a səfər

“Azərkosmos”a səfər

11-10-2018
Azərbaycan NASA strukturları ilə sıx əlaqələr qurub

Azərbaycan NASA strukturları ilə sıx əlaqələr qurub

09-10-2018
“Azərkosmos” ASC-nin yaradılması istiqamətində intensiv işlər görülür

“Azərkosmos” ASC-nin yaradılması istiqamətində intensiv işlər görülür

18-05-2010
Azərkosmos ASC-nin internet səhifəsi fəaliyyətə başlayıb

Azərkosmos ASC-nin internet səhifəsi fəaliyyətə başlayıb

05-06-2012
Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır

Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır

25-09-2018
Belarusun rəsmiləri “Azərkosmos”da - Fotolar

Belarusun rəsmiləri “Azərkosmos”da - Fotolar

02-04-2015
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub

Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub

21-02-2019
Tələbələrin kosmik sahəyə marağı artırılır

Tələbələrin kosmik sahəyə marağı artırılır

22-10-2015
Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə