Previous Next
Bağla

Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

13-01-2026 20:00
Azərbaycan Texniki Universiteti və NDU Eduroam xidmətinə qoşulub

GEANT tərəfindən təqdim olunan qabaqcıl texnoloji xidmətlərdən biri olan Eduroam-ın (education roaming) AzScienceNet vasitəsilə ölkənin elmi-tədqiqat institutları və ali təhsil müəssisələrində tətbiqi və genişləndirilməsi Azərbaycanın elmi və akademik mühitinin Avropa tədqiqat və təhsil məkanına inteqrasiyasını sürətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Xeberler.az bildirir ki, bu yaxınlarda Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Texniki Universiteti (AzTU) və Naxçıvan Dövlət Universitetinin (NDU) şəbəkə infrastrukturunun AzScienceNet elm-kompüter şəbəkəsinin Data Mərkəzində yerləşən Milli Eduroam Serverinə qoşulması təmin olunub.

Belə ki, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və baş mütəxəssis Orxan Mənsimzadə 29 aprel - 2 may 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universitetinə səfər çərçivəsində universitetin müasir şəbəkə infrastrukturunun gücləndirilməsi istiqamətində bir sıra texniki işlər həyata keçiriblər. Səfər zamanı “Lola” sisteminin quraşdırılması ilə yanaşı, beynəlxalq Eduroam xidməti də universitetdə uğurla tətbiq olunub. Həyata keçirilən bu təşəbbüs NDU-nun qlobal elm və təhsil şəbəkələrinə inteqrasiyasını daha da gücləndirməklə yanaşı, tələbə və müəllim heyətinin ölkədaxili və beynəlxalq səfərləri zamanı təhlükəsiz, rahat və fasiləsiz İnternet bağlantısı əldə etməsinə imkan yaradır.

Eyni zamanda, AzTU və NDU-da Wi-Fi və Eduroam xidmətlərinin yaradılması istiqamətində bir sıra mühüm işlər həyata keçirilib. AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin texniki dəstəyi ilə hər iki universitetin müəllim və tələbələri dünya standartlarına uyğun yüksək səviyyəli şəbəkə texnologiyaları və xidmətlərindən istifadə imkanına malik olublar. Nəticədə, hər iki universitetin akademik heyəti Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası – GEANT tərəfindən təqdim edilən Eduroam xidmətlərinə çıxış əldə edərək yerli və beynəlxalq elmi-tədqiqat mühitinə daha effektiv inteqrasiya olunub.

Qeyd edək ki, Eduroam xidməti alim, tədqiqatçı, müəllim və tələbələr üçün İnternetə təhlükəsiz və sərbəst çıxış imkanı yaradan beynəlxalq rouminq xidmətidir. Bu xidmətə qoşulan istifadəçilər ölkə daxilində və xaricdə minlərlə elm və təhsil qurumunun ərazisində simsiz şəbəkə üzərindən ödənişsiz və təhlükəsiz İnternet bağlantısından yararlana bilirlər. Hazırda Eduroam xidməti dünyanın 106 ölkəsində 6 mindən çox təhsil və tədqiqat qurumunda istifadə olunur və ümumilikdə 38 mindən artıq müəssisədə aktivdir.

Bu gün ölkəmizdə 35 təşkilatda Eduroam xidməti quraşdırılıb. Digər elmi qurumlar və ali təhsil müəssisələrində də bu xidmətin istifadəyə verilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026
Tibb Universiteti beynəlxalq şəbəkəyə qoşuldu

Tibb Universiteti beynəlxalq şəbəkəyə qoşuldu

13-10-2017
Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017
Yeni institut AzScienceNet-ə qoşuldu

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017
AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

27-03-2023
Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

09-06-2026
AzScienceNet-in imkanları genişləndirilir

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015
AzScienceNet şəbəkəsi üzərində yeni xidmətlər yaradılacaq

AzScienceNet şəbəkəsi üzərində yeni xidmətlər yaradılacaq

06-04-2016
10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017
 Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017
Naxçıvan Dövlət Universitetində LOLA audiovizual yayım sistemi qurulacaq

Naxçıvan Dövlət Universitetində LOLA audiovizual yayım sistemi qurulacaq

25-01-2020
Azərbaycan Təhsil Şəbəkəsi elmi-intellektual müstəvidə geniş imkanlar təqdim edir

Azərbaycan Təhsil Şəbəkəsi elmi-intellektual müstəvidə geniş imkanlar təqdim edir

14-02-2019
AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

AzScienceNet elektron elmin inkişafında hansı işləri görür?

06-01-2023
AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018
Doktorluq imtahanları distant formada keçirilib

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017
Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları konfransda iştirak ediblər

24-06-2025
İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

İnformasiya cəmiyyəti və elektron elm quruculuğu istiqamətində işlər sürətlənib

12-06-2015
AzScienceNet-in fəaliyyəti gücləndirilir

AzScienceNet-in fəaliyyəti gücləndirilir

14-12-2016
E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

04-04-2016
“AzScienceNet” Mərkəzi Moldovada keçirilən beynəlxalq konfransda təmsil olunub

“AzScienceNet” Mərkəzi Moldovada keçirilən beynəlxalq konfransda təmsil olunub

18-10-2024
Distant tədris mərkəzlərinin fəaliyyəti  genişləndirilir

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016
AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə